Rusiyada miqrantlarla bağlı yeni qaydalar müəyyənləşdi: Əcnəbilərin qazancları avtomatik bəlli olacaq
Rusiya Daxili İşlər Nazirliyi miqrantların gəlirləri barədə məlumatları vergi orqanlarından avtomatik alacaq. Mediaxeberleri.Az TASS-a istinadən xəbər verir ki, sözügedən müddəa hökumətin rəsmi qərarında yer alıb. Məlumatlar şirkətlərin sığorta haqları hesabatlarından götürüləcək. Bu tədbirin Rusiyada əcnəbilərin saxta işə götürülməsi ilə mübarizə aparmaq üçün həyata keçirildiyi bildirilir. Hökumətin iştirakı ilə Maliyyə Nazirliyi, Federal Vergi Xidməti, Daxili İşlər Nazirliyi və Rusiya Xarici İşlər Nazirliyi məsul tərəflər kimi təyin edilib. İcra üçün son tarix dekabra qədərdir.
Oxunub: 33
Xəbəri paylaş
Paylaş:





















