Əbədi düşmənçilik yoxdur! -VARDANYANI DA YOLA SALACAĞIQ -PƏRVİZ HƏŞİMLİ YAZIR
Bu ağır müharibədən keçən Almaniya və Fransa bugün bu qoca qitəni qüdrətli edən iki nəhəng ölkəyə çevrildi. Xocalıda 30-yaxın adamın qətliamında birbaşa əli olan Vaqif Xaçaturyanın Ermənistana təhvil verilməsi soyqrıma məruz qalan toplum olaraq yaramızı göynədəcək. O qətliamda doğmalarını itirən insanların ürəyini sızıldacaq. Amma yaxşı gələcək, dinc qonşuluq münasibəti və regionun təhlükəsizliyi üçün bu kimi hallar gözləniləndir. Biz Xaçaturyanı hansısa təzyiq qarşısında Ermənistana vermədik. Sabah Vardanyanı da yola salacağıq. Artıq qalib ölkə üçün bunlar kiçik məsələlər hesab olunur. Ancaq könül istərdi ki, bu humanizm həbsdəki siyasətçilərə, jurnalistlərə, vətəndaş cəmiyyəti fəallarına da göstərilsin. Belə olanda Azərbaycan daha da qüdrətli olar. 44 Günlük Vətən savaşında iştirakına görə orden-medallar alan Ruslan İzzətli, jurnalistika həyatında (İstər iqtidar, istərsə də müxalif mediada) işi yalnız müsahibələr almaqdan ibarət olan Natiq Cavadlının və başqalarının yeri həbsxana deyil.
Avropanın ən sarsıdıcı, dəhşətli müharibəsini Almaniya ilə Fransa yaşadı.Kütləvi qətliamlar, edamlar, on minlərlə insanın əsirliklərdə ac -susuz məhv olması kimi dəhşət doğuran acı tarix olub.
İndi iki dost, iki müttəffiq ölkədirlər.
Ona görə də soyqanlı yanaşmalıyıq.
Əsas odur ki, yurdumuz azaddır.





















