Ukraynada Rusiya üçün ölən ermənilərin sayı sürətlə artır - Təxminən Qarabağdakı qədərdir
Rusiya tərəfdən Ukraynada vuruşaraq ölən ermənilərin sayı son iki ay ərzində 245 nəfər (3 Qarabağ sakini, 18 Ermənistan vətəndaşı, qalanları isə Rusiya vətəndaşı) artıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə tanınmış erməni bloqer Roman Baqdasaryan öz sosial şəbəkə səhifəsində paylaşım edib. O qeyd edib ki, indiyə qədər Ukraynada Rusiya tərəfində döyüşən 7186 erməni ölüb. Qeyd edək ki, bu, 44 günlük müharibədə ölən erməni hərbçilərinin sayına yaxın bir rəqəmdir. Onların 60-65% müqaviləli əsgər, 15%-i çağırışçı, 20%-i isə cinayətkardır. Bloqer yazır ki, 20 mindən çox erməni də yaralanıb: “Təxminən 900 ailə şəxsən mənə yaxınlarını tapmaq üçün müraciət edib. “Sevimli” Putin uğrunda döyüşərək itkin düşmüş ermənilərin sayı 1600-1700 nəfərdir. İtkin düşənlər 99,99% ölmüşlərdir. Ölənlərin bəziləri ailələrinə pul ödəməmək üçün cəbhə yaxınlığında kremasiya edilib. Onlar ilk günlərdə pullarını oğurlamaq üçün cinayətkarlar tərəfindən öldürülüblər. Onlar ilk həftələrdə ölüblər və tarlada atılıblar, sonra isə heyvanlar tərəfindən yeyiliblər. Bir çox sağlam kişi dərhal öldürülüb, orqanları satılıb”. Bloqer yazır ki, erməniləri Ukraynaya qarşı müharibəyə əsasən Rusiyadakı erməni təşkilatları, Samvel Babayanın ətrafı və bir çox digər “Qarabağ generalları” cəlb edir. Onlar hər cəlb edilmiş Ermənistan vətəndaşı üçün 1500 ilə 2000 dollar arasında pul alırlar.





















