Almatı hava limanında 20 reys təxirə salındı - Səbəb
Qazaxıstanın Almatı hava limanında əsasən “Air Astana” şirkətinin 20-dən çox reysi təxirə salınıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə “Air Astana” aviaşirkəti məlumat yayıb. “3-4 yanvar gecəsi Almatını duman bürüyüb və görünüş məsafəsi 150 metrdən az olub. Pis hava şəraitinə görə uçuşlar təxirə salınıb. Aviaşirkət cədvəli bərpa etmək üçün bütün tədbirləri görür, o cümlədən, “FlyArystan” ehtiyat təyyarəsindən istifadə edir. Sərnişinlərə hava limanına getməzdən əvvəl aviaşirkətin veb saytında uçuşun vəziyyətini yoxlamaq tövsiyə olunur”, - məlumatda bildirilib.
Oxunub: 141
Xəbəri paylaş
Paylaş:





















