Venesueladakı vəziyyət Karib hövzəsindəki ölkələrə təsir etdi - Minlərlə turist hava limanlarında qaldı
ABŞ-nin Venesuelanın paytaxtı Karakasdakı mülki və hərbi obyektlərə zərbələrindən sonra minlərlə turist Karib adalarını tərk edə bilmir. Mediaxeberleri.Az bildirir ki, bu barədə turistlər "The Daily Mail" nəşrinə məlumat veriblər. Nəşr qeyd edir ki, bir çox turist reyslərin cədvəlindəki gecikmələr səbəbindən Karib adalarında qalma müddətinin qeyri-müəyyənliyinə görə narahatdır. Venesueladakı vəziyyət, ümumilikdə 19 hava limanının, o cümlədən Amerika və Britaniya Virciniya adaları, Puerto-Riko, Sent-Martin, Sent-Lusiya, Barbados və digər adalardakı aeroportların işinə təsir göstərib.
Oxunub: 133
Xəbəri paylaş
Paylaş:





















