Laktozsuz süd daha sağlamdır?
Süd tərkibindəki zülal, kalsium, fosfor və B12 vitamini ilə orqanizm üçün faydalı qida məhsullarından biridir. Mediaxeberleri.Az bildirir ki, südün müntəzəm və ölçülü şəkildə istehlakı sümük sağlamlığını dəstəkləyir, əzələlərin möhkəmlənməsinə və gündəlik qida ehtiyacının qarşılanmasına kömək edir. Bununla belə, bəzi insanlarda laktoza dözümsüzlüyü müşahidə oluna bilər. Bu halda süd istehlakı şişkinlik, qaz və həzm problemlərinə səbəb ola bilər. Nadir hallarda isə süd allergiyası ilə qarşılaşan şəxslər də mövcuddur. Mütəxəssislər qeyd edir ki, laktozsuz süd adi süddən zərərli deyil. Laktozsuz süd laktozanın əvvəlcədən parçalanmış forması olduğu üçün həzmi daha asandır və qida dəyərini qoruyub saxlayır. Bu səbəbdən laktozaya həssaslığı olan şəxslər üçün təhlükəsiz alternativ hesab olunur. Nəticə olaraq, laktoza dözümsüzlüyü və ya allergiyası olmayan insanlar üçün süd faydalı qidadır. Laktozsuz süd isə bu problemi yaşayanlar üçün rahat və sağlam seçimdir.





















