Ukrayna ordusu Moskvaya pilotsuz uçuş aparatları ilə hücum etdi
Ukrayna ordusu Rusiyanın paytaxtı Moskvaya pilotsuz uçuş aparatları ilə hücum edib. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib. O, Moskva regionu üzərində 4 PUA-nın vurulduğunu bildirib. Rusiya paytaxtına dron hücumu nəticəsində Moskvanın Domodedovo və Jukovski hava limanlarında uçuşlar dayandırılıb. Bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi – “Rosaviasiya” məlumat yayıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə bu gün saat 14:00 ilə 20:00 arasında Rusiya üzərində otuz səkkiz PUA vurulub. Bunlardan yeddisi Moskva regionu üzərində vurulub, onlardan dördünün paytaxta doğru uçduğu qeyd olunub.
Oxunub: 27
Xəbəri paylaş
Paylaş:





















