Cərimə ödənişləri zamanı tutulan 40 qəpiklə bağlı açıqlama
Noyabrın 1-dən etibarən bütün banklarda cərimə ödənişləri zamanı 40 qəpik komissiya haqqı tutulur. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Oxu.az-a Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib. Bildirilib ki, cərimə ödənişlərini həyata keçirən provayderlərin tələblərinə uyğun olaraq, bu əməliyyatlara komissiya haqqı tətbiq olunur: "Ödəniş zamanı tətbiq olunan 40 qəpiklik komissiya bütün banklarda vahid qayda ilə həyata keçirilir. Hökumət Ödəniş Portalı vasitəsilə ödəniş edərkən sistemdən istifadə üçün xidmət haqqı tutulmur. Ödənişlərin toplanmasına görə xidmət haqqının hansı formada tutulması isə müvafiq xidmət təşkilatı tərəfindən müəyyənləşdirilir. Tətbiq olunan komissiya yalnız yol hərəkəti qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsi çərçivəsində tətbiq edilmiş cərimələrə aiddir".





















