Polkovnik Eldəniz Namazov Üçtərəfli Bəyanatın şərtlərinin dəqiqliklə yerinə yetirilməsini düşməndən tələb edib və dövlətimizin tələbələri yerinə yetirilib
25 noyabr, 2020-ci il. 44 günlük Vətən Müharibəsinin Qələbəsinə sevinib, özünü Vətənə fəda edən Şəhidlərimiz üçün ağlayıb, Qazilərimizin yarasına məlhəm olmağa çalışdığımız şərəfli, qürurlu tarix. Mən 25 noyabr tarixini təsadüfən yazmadım. Bu gün Kəlbəcər rayonunun işğaldan tamamilə azad olduğu gündür. 25 noyabr 2025-ci il tarixində Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsi hərbi əməliyyatsız Azərbaycan Respublikasına təhvil verilib.
Kəlbəcərin təhvil alınmasında iştirak edən, Üçtərəfli Bəyanatda imzalanan bütün şərtləri düşmənə yerinə yetirdən, Kəlbəcər azaddır, sənədinə imza atan səlahiyyətlərdən biri hamımızın fəxrimiz, xüsusi döyüş yolu olan, Qarabağın azadlığında xüsusi və misilsiz xidmətləri olan Xüsusi Təyinatlı Qüvvələrinin İdarə rəisi (o tarixdə Eldəniz XTQ-nin İdarə rəisi idi), Qazaxlımız, Fəxrimiz Polkovnik Eldəniz Namazovdur.
Eldəniz Namazov Kəlbəcərin azadlığına imza atan Qəhrəman zabitdir. Təhvil almada hansı çətinliklər olub (düşmənin yenə də öz istədiyini etmək fikri), hərbçilər daha yaxşı bilir. Eldəniz düşmənə aman verməyib ki, öz bildikləri hərəkəti etsinlər. Üçtərəfli Bəyanatın şərtlərinin dəqiqliklə yerinə yetirilməsini düşməndən tələb edib və dövlətimizin tələbələri yerinə yetirilib.
Kəlbəcər azadlığa qovuşdu, Xalqımız Kəlbəcərə. İnanıram ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab Prezident İlham Əliyev Eldənizin göstərdiyi Qəhrəmanlıqlara öz layiqli qiymətini verəcək.
İnanıram ki, qədirbilən Kəlbəcər camaatı Kəlbəcərə tam köç olduqdan sonra Eldənizin Qəhrəmanlığını dəyərləndirəcəklər. Kəlbəcərin təhvil alınması tapşırığını şərəflə yerinə yetirən polkovnik Eldəniz Namazovun Qəhrəmanlığının şərəfinə Kəlbəcərdə heykəlini ucaldacaqlar.