Müharibə iştirakçılarını oğurlayan dəstə zərərsizləşdirildi - VİDEO
Rusiyada hüquq-mühafizə orqanları müzakirələrə səbəb olan əməliyyat həyata keçiriblər. Mediaxeberleri.Az REN TV-yə istinadən xəbər verir ki, müharibə iştirakçlarını qaçırıb onlardan döyüşdə iştiraka görə ödənilən pulları tələb edən cinayətkar dəstə zərərsizləşdirilib. Qeyd edilir ki, qrupun üzvləri həbs olunublar. İş üzrə şübhəlilərdən biri batalhacı dini birliyinin (Rusiyada qadağan edilmiş Batal-Hacı Belxoreva təriqəti, terrorçu və ekstremist kimi tanınır) fəal üzvü olduğu deyilən Ruslan Kartoyevdir. Onun yaxın gələcəkdə istintaq təcridxanasına köçürülməsi planlaşdırılır. Tural
Oxunub: 25
Xəbəri paylaş
Paylaş:





















