COP30-da şok vəziyyət: Razılaşma olmayan bir ssenari...
Demək çətindir, amma, həqiqətən də, razılaşma olmayan bir ssenari ilə üz-üzəyik. Mediaxeberleri.Az xəbər verir ki, bunu Avropa komissarı Vopke Hoekstra COP30-un Belemdə başa çatmasına bir neçə saat qalmış iqlim üzrə razılaşmanın əldə edilməməsi barədə danışarkən deyib. O, mövcud layihə mətninin istixana qazı emissiyalarının azaldılması baxımından yetərli olmadığını bildirib: “Hazırda masada olan mətn qəbuledilməzdir. Lazım olan yerdən bu qədər uzaq olduğumuza görə, təəssüf ki, sammitin razılaşma olmadan bitməsi real ehtimaldır. Layihədə fosil yanacaqlar haqqında heç bir qeyd yoxdur: nə onların mərhələli şəkildə dayandırılmasından, nə də bunun üçün tələb olunan “yol xəritəsi”ndən. Halbuki Avropa, Latın Amerikası və ada ölkələri daxil olmaqla 80-dən çox ölkə bunun mətnə daxil edilməsini tələb edir”.





















