Bu rayonlarda qaz olmayacaq
Nizami rayonu, B.Çobanzadə və R.Rüstəmov küçələrinin kəsişməsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, Binəqədi rayonu, 8-ci mikrorayon, S.Bəhlulzadə küçəsində isə qaz xəttinin yerinin dəyişdirilməsi işləri ilə əlaqədar 21.11.2025-ci il saat 11:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Həmçinin Nizami rayonunun A.Manafov, B.Çobanzadə, K.Balakişiyev, Özbəkistan, Q.Qarayev, M.Abbasov, M.S.Ordubadi və Ə.Hacıyev küçələrində, Binəqədi rayonunun isə 8-ci mikrorayon, S.Bəhlulzadə və Dərnəgül küçələrində istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Oxunub: 19
Xəbəri paylaş
Paylaş:





















