42 kənddə işıq olmayacaq
Cəlilabad rayonunun 42 kəndinə elektrik enerjisinin verilişində məhdudiyyət olacaq. Mediaxeberleri.Az Report-a istinadən xəbər verir ki, buna səbəb elektrik xətlərində təmir işlərinin aparılmasıdır. Bildirilib ki, təmir işləri noyabrın 18-i saat 10:00-da başlayacaq. Nəticədə Lallar, Pərdi, Edişə, Ağusəm, Cəngan, Fərəcullalı, Soltankənd, Tahirli, Ləzran, Çinar, Babalı, Şorbaçı, Mədətli, Məmmədrzalı, Məşədilər, Novruzallı, Boyxanlı, Məlikqasımlı, Yusifli, Cəlayir, Mirzəli, Təklə, Abazallı, Qarakazımlı, Moranlı, Sarxanlı, Dələli, Şükürlü, Zərbiəlli, Çəmənli, Xanəgah, Türkelli, Qarğılı, Mikayıllı, Ləkin, Əsədli, Şatırlı, Buravar, Badamağac, Kövüzbulaq, Musalı və Zəhmətabad kəndlərinin elektrik enerjisi ilə təchizatında fasilə yaranacaq. Təmir işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilişi yenidən bərpa olunacaq.





















