BU QƏDƏR ƏRAZİMİZ HƏLƏ DƏ ERMƏNİ İŞĞALINDADIR – Simonyan etiraf etdi
Ermənistan bəzi bölgələrdə ümumilikdə 110 kvadrat kilometr Azərbaycan torpağını işğalda saxlayır. Mediaxeberleri.Az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan yerli mediaya açıqlamasında deyib. Simonyan bu fikri Azərbaycan qüvvələrinin guya 200 kvadrat kilometr Ermənistan ərazisini nəzarətə götürdüyü barədə iddialara cavab olaraq səsləndirib. “Xəritədəki yerləri sizə göstərməyimi istəyirsiniz?! Deyirəm ki, biz təxminən 110 kvadrat kilometrlik ərazidəyik (məsələn, Tavuşda). Rəsmi olaraq bildirirəm ki, hətta 1990-cı illərdən qalan elə yerlər var ki, biz həmin istiqamətlərdə irəlidəyik…” – deyə o qeyd edib. Bununla yanaşı, Simonyan vaxtilə ermənilər tərəfindən ələ keçirilən, daha sonra Azərbaycan Ordusunun nəzarətinə keçən yüksəkliklərin guya Ermənistan ərazisi olduğunu da iddia edib. O əlavə edib ki, bu məsələlər hazırda delimitasiya komissiyasının gündəliyindədir. Xatırladaq ki, Alen Simonyan sentyabrın 11-də parlamentdə keçirilən brifinqdə də oxşar açıqlama ilə çıxış etmişdi. “AzPolitika.info”





















