Dekabrda 9 gün iş olmayacaq
2025-ci il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, dekabr ayında xüsusi günlərə görə 1 gün qeyri-iş günü olacaq. Mediaxeberleri.Az Mətbuat.az-a istinadən xəbər verir ki, 31 dekabr həftəiçi gününə təsadüf etdiyindən iş və istirahət günlərinin dəyişdirilməsi nəzərdə tutulmayıb. Beləliklə, şənbə, bazar və xüsusi günlər də daxil olmaqla, dekabr ayında ümumilikdə 9 gün iş olmayacaq.
Oxunub: 48
Xəbəri paylaş
Paylaş:





















