İcra başçılarının fəaliyyətinə ictimai nəzarət hansı formada tətbiq oluna bilər?
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Proqramın budəfəki buraxılışında Prezident İlham Əliyevin yeni təyin etdiyi icra başçıları və onların qarşısında duran vəzifə öhdəlikləri müzakirə edilib. Yeni icra başçılarının fəaliyyətində əsas prioritetlər nə olmalıdır? Təkəbbür və özünü üstün görmək məmurun imicinə necə təsir edir? Yeni icra başçılarının fəaliyyətinə ictimai nəzarət hansı formada tətbiq oluna bilər? "İqtisadi Resursların Öyrənilməsi" İctimai Birliyinin sədri Ruslan Atakişiyev, siyasi şərhçi Elşad Paşasoy, politoloq Zaur İbrahimli, "Təhsilli Gələcək" Təhsilin İnkişafı İctimai Birliyinin sədri Sona Əliyeva ilə bu və digər suallar ətrafında fikir mübadiləsi aparılıb. Daha ətraflı Baku TV-nin videomaterialında:





















