OPEK+ ölkələri bu gün toplanır: Mühüm qərar gözlənilir
Səkkiz OPEK+ ölkəsi bu gün onlayn iclasda dekabr ayı üzrə neft hasilatı planı ilə bağlı qərar verəcək. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilib ki, görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. OPEK+ ölkələrinin keçiriləcək görüşdə hasilatı yenidən 137 min barrel artıracağı gözlənilir. Qeyd edək ki, 2024-cü ilin əvvəlindən OPEK+ ölkələrindən səkkizi - Rusiya, Səudiyyə Ərəbistanı, İraq, BƏƏ, Qazaxıstan, Əlcəzair, Oman və Küveyt gündəlik 2,2 milyon barrel neft hasilatını könüllü şəkildə azaltmışdı. Ancaq həmin ölkələr 2025-ci ilin aprelindən etibarən hasilatı tədricən artırmağa başlayıblar və sentyabrda, yəni planlaşdırılandan bir il əvvəl bu azaltmalar tamamilə ləğv edilib. Oktyabrda onlar hasilatı daha 137 min barrel artırmaq barədə razılığa gəliblər. Hazırda noyabr üçün də eyni qərar qəbul olunub.





















