Türkiyədə ard-arda zəlzələ oldu
Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda gecə saatlarında ard-arda 3,8 və 3,5 bal gücündə zəlzələ baş verib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə məlumatı AFAD yayıb. Səhər saatlarında isə 4,2 bal gücündə zəlzələ olub. Yerin 6,79 kilometr dərinliyində meydana gələn zəlzələ zamanı tələfat və dağıntı qeydə alınmayıb. Qeyd edək ki, oktyabrın 27-də Balıkesirdə 6,1 bal gücündə zəlzələ baş vermişdi.
Oxunub: 77
Xəbəri paylaş
Paylaş:





















