Əbu-Dabidəki danışıqlar başa çatdı
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başlayıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov məlumat yayıb. “Ukraynanın ilk görüşü Avropa və NATO nümayəndələri ilədir. Görüşə ABŞ nümayəndələrinin də qoşulacağı gözlənilir", - o bildirib. Qeyd edək ki, Rusiya nümayəndə heyətinə Putinin köməkçisi Vladimir Medinski rəhbərlik edir. Heyətdə həmçinin Rusiya xarici işlər nazirinin müavinləri Sergey Ryabkov, Mixail Qaluzin, hərbi kəşfiyyatın rəisi İqor Kostyukov və Baş Qərargahın nümayəndəsi Yuri Jiqarlovski də yer alıblar. ABŞ-ı danışıqlarda Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner təmsil edir. Ukrayna nümayəndə heyətinə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov rəhbərlik edir. Heyətin tərkibində Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov və “Xalqın xidmətçisi” parlament fraksiyasının rəhbəri David Araxamiya da yer alır. *** Əbu-Dabidə Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə Ukrayna, Rusiya və ABŞ-ın üçtərəfli danışıqları fasilə üçün dayandırılıb. Məlumata görə, bu barədə danışıqlar qrupundakı mənbə bildirib. Qeyd olunub ki, danışıqlar prosesi bir saat yarımlıq işdən sonra dayandırılıb. Danışıqların nə vaxt bərpa olunacağı barədə hələ ki, məlumat daxil olmayıb. *** Ukraynanın, Rusiyanın və ABŞ-ın Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə Əbu-Dabidə keçirilən üçtərəfli danışıqları fasilədən sonra bərpa olunub. Bu barədə TASS məlumat yayıb. *** Ukrayna, Rusiya və ABŞ nümayəndələrinin Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə Əbu-Dabidəki üçtərəfli danışıqları bugünlük başa çatıb və noyabrın 11-də davam edəcək. Bu barədə Ukraynanın Xarici Kəşfiyyat Xidmətindən bildirilib.





















