Rusiya qaz obyektlərinə hücum etdi - Video
Rusiya ordusu Poltava vilayətində yerləşən qaz hasilatı obyektlərini raket zərbələri ilə vurub. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Ukraynanın ən böyük özəl enerji şirkəti DTEK məlumat yayıb. Hücum nəticəsində qaz istehsalı obyektlərinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Məlumata görə, bu, son 8 gün ərzində Ukraynanın ən iri dövlət neft-qaz şirkəti “Naftoqaz”ın infrastrukturuna qarşı həyata keçirilən üçüncü genişmiqyaslı hücumdur.
Oxunub: 52
Xəbəri paylaş
Paylaş: