Yağış və sulu qar yağacaq - XƏBƏRDARLIQ
Oktyabrın 16-sı Azərbaycanın şərq rayonlarından başlayaraq 18-i gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, oktyabrın 17-sində yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal olunur. Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.
Oxunub: 79
Xəbəri paylaş
Paylaş: