Mediaxeberleri.az
    
  • Hadrutda inşa edilmiş məscidin açılışı olub
    Hadrutda inşa edilmiş məscidin açılışı olub
  • 
  • Hacı Muradın nəşi nə vaxt Azərbaycana gətiriləcək?
    Hacı Muradın nəşi nə vaxt Azərbaycana gətiriləcək?
  • 
  • Mədəd Zeynalovun bağça biznesi və məktəblərdə baş verən qanunsuzluqlar...
    Mədəd Zeynalovun bağça biznesi və məktəblərdə baş verən qanunsuzluqlar...
  • 
  • Qohum evliliyi istəyənlərə kəbin kəsilir? - Din xadimlərindən CAVAB
    Qohum evliliyi istəyənlərə kəbin kəsilir? - Din xadimlərindən CAVAB
  • 
  • Bu gün Milli Musiqi Günüdür
    Bu gün Milli Musiqi Günüdür
  • 
  • Musiqimizin və şeirimizin iki dahisi- Üzeyir bəy və Səməd Vurğun dostluğu xatirələrdə
    Musiqimizin və şeirimizin iki dahisi- Üzeyir bəy və Səməd Vurğun dostluğu xatirələrdə
  • 
  • 14 İL CƏZA ALAN BAŞ DİREKTORUN CİNAYƏT DOSYESİ – Milyonlarla dollar mənimsəmə, Bakıda, Türkiyədə bahalı əmlak, şirkətlər...
    14 İL CƏZA ALAN BAŞ DİREKTORUN CİNAYƏT DOSYESİ – Milyonlarla dollar mənimsəmə, Bakıda, Türkiyədə bahalı əmlak, şirkətlər...
  • 
  • Xankəndidə Uşaq İncəsənət Festivalı qaliblərinin konserti keçirilib
    Xankəndidə Uşaq İncəsənət Festivalı qaliblərinin konserti keçirilib
  • 
  • Azərbaycanla Ermənistan bir-birinə 10 xal VERDİ
    Azərbaycanla Ermənistan bir-birinə 10 xal VERDİ
  • 
  • Aşağı Güzdək qəsəbəsində anbarda güclü yanğın başlayıb
    Aşağı Güzdək qəsəbəsində anbarda güclü yanğın başlayıb
  • 
  • Məşhur aktyor Elməddin Cəfərovun yeni layihəsi bəlli olub.
    Məşhur aktyor Elməddin Cəfərovun yeni layihəsi bəlli olub.
  • 
  • Bakıda tanışına 6 bıçaq zərbəsi vuraraq öldürmək istəyən şəxsə hökm oxundu
    Bakıda tanışına 6 bıçaq zərbəsi vuraraq öldürmək istəyən şəxsə hökm oxundu
  • 
  • Cəlilabadda ət satışı məntəqəsində normativ tələblər pozulub
    Cəlilabadda ət satışı məntəqəsində normativ tələblər pozulub
  • 
  • Vətən müharibəsi ilə bağlı yeni video yayıldı - Real kadrlar
    Vətən müharibəsi ilə bağlı yeni video yayıldı - Real kadrlar
  • 
  • Ağstafada 27 sentyabr – Anım Gününün beşinci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib
    Ağstafada 27 sentyabr – Anım Gününün beşinci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib
  • 
  • 27 Sentyabr – Anım Gününün beşinci ildönümü Ağstafada ümumrayon anım tədbiri ilə qeyd olunub
    27 Sentyabr – Anım Gününün beşinci ildönümü Ağstafada ümumrayon anım tədbiri ilə qeyd olunub
  • 
  • Xaçmazda DƏHŞƏT: Arvadı ilə dalaşdı, qayınatasını bir yumruğa öldürdü
    Xaçmazda DƏHŞƏT: Arvadı ilə dalaşdı, qayınatasını bir yumruğa öldürdü
  • 
  • Dərslik boşluğu və müəllim motivasiyası: Ali təhsil nə vəziyyətdədir?
    Dərslik boşluğu və müəllim motivasiyası: Ali təhsil nə vəziyyətdədir?
  • 
  • "AZƏRBAYCAN KREMLİN ƏLALTISINI SAXLAYIB..." - "Putinin pul kisəsi" ləqəbli bu oliqarxa qarşı cinayət prosesi nə üçün alqışlanmamalıdır?"
    "AZƏRBAYCAN KREMLİN ƏLALTISINI SAXLAYIB..." - "Putinin pul kisəsi" ləqəbli bu oliqarxa qarşı cinayət prosesi nə üçün alqışlanmamalıdır?"
  • 
  • “Bu dəyişikliklər Konstitusiyaya ziddir...” - "Vergini pinəçilər, corab satanlar ödəməlidir?"
    “Bu dəyişikliklər Konstitusiyaya ziddir...” - "Vergini pinəçilər, corab satanlar ödəməlidir?"
  • 
  • Rusiyanın bombaladığı Donetsk vilayətinin Konstantinovka şəhərindən FOTOREPORTAj
    Rusiyanın bombaladığı Donetsk vilayətinin Konstantinovka şəhərindən FOTOREPORTAj

Son xəbərlər :
  • SAHİL QƏSƏBƏSİ YAXINLIĞINDA VULKAN PÜSKÜRDÜ - FOTO+ VİDEO (Yenilənib)
  • AVTOMOBİLLƏRİN TEXNİKİ “GÖRÜM-BAXIMI”... - “Bizdə texniki baxış sürücülərin üzərinə qoyulan əlavə vergidir”
  • Bakıya gətirilən ətlər təhlükəlidir? - ARAŞDIRMA
  • Azərbaycan-Rusiya münasibətlərində yeni dinamika - VİDEO
  • Sarsılmaz birlik: TDT vahid güc mərkəzi kimi - "Kaspi"nin TƏHLİLİ
  • İcra başçısının sabiq xanım müavini həbsdə qaldı
  • Ağstafada şəhid qəhrəmanlarımızın anım günləri qeyd edilib
  • Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin üçtərəfli görüşünün vaxtı məlum olub
  • Qərbi Azərbaycan Xronikası: "Mən, yoldaşım və qızım tankla Gürcüstanla sərhədə gəldik"
  • Avtobuslarda qiymət artıb, bəs keyfiyyət? - Nə oturmağa, nə də dayanmağa yer var
  • DÇ-2026 seçmə mərhələsi: Azərbaycan millisi Fransa yığmasına 0:3 hesabı ilə məğlub oldu
  • 5 il öncə BU GÜN– 10 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ - ADLAR
  • Azərbaycan Kubokunda "Ağstafa Gəncləri"nin növbəti rəqibi müəyyənləşdi
  • Şəhid atasının təzyiqə məruz qalması iddialarına DİN-dən açıqlama - VİDEO
  • Təbiətə 135 mindən çox ziyan vurdular
  • Şəhid atasının təzyiqə məruz qalması iddialarına DİN-dən açıqlama - VİDEO
  • Nəzrin Mansurlunun ölümünə görə həbs olunan həkim Sənan Mehdiyevə hökm oxundu
  • Ağstafanın Poylu kəndində vətəndaşların növbəti səyyar qəbulu keçirilib
  • İdmançımız Azərbaycanın boks tarixinə düşdü - Foto
  • Anar Əsədli ilə bağlı yeni qərar verildi
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

AVTOMOBİLLƏRİN TEXNİKİ “GÖRÜM-BAXIMI”... - “Bizdə texniki baxış sürücülərin üzərinə qoyulan əlavə vergidir”

  • Tarix: Dünən, 20:19

Azərbaycanda avtomobillərin texniki baxış prosesi uzun illərdir ictimai narazılıq doğuran sahələrdən biridir. Rəsmi olaraq bu sistem Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin səlahiyyətindədir. Qanunvericiliyə əsasən, texniki baxışın məqsədi avtomobillərin istismara yararlılığını müəyyənləşdirmək, təhlükəsizlik tələblərinə cavab verib-vermədiyini yoxlamaqdır. Lakin mövcud vəziyyət bu məqsədlərdən xeyli uzaqdır.

Uzun illərdir sürücülərin əksəriyyəti texniki baxışdan keçmək üçün rəsmi rüsum əvəzinə təxminin 100–150 manat arasında "hörmət" etdiklərini etiraf edirlər. Bu barədə sosial şəbəkələrdə və yerli mətbuatda saysız-hesabsız şikayətlər mövcuddur. 

Bu gün bu sahədə qurulan rüşvət mexanizmi faktiki olaraq texniki baxışın mahiyyətini aradan qaldırıb. Yəni avtomobilin texniki vəziyyətindən asılı olmayaraq, “pulu olan” hər kəs asanlıqla sənəd əldə edə bilir. Nəticədə, istismara yararsız, bəzən təhlükəli vəziyyətdə olan nəqliyyat vasitələri yolları doldurur. Bu isə həm qəza riskini artırır, həm də texniki baxışı hər il sadəcə formal xarakter daşıyan, faydasız bir prosedura çevirir.

Hazırkı formada texniki baxış sistemi nə dövlətə, nə vətəndaşa, nə də ictimai təhlükəsizliyə real şəkildə xidmət edir.

Məlumat üçün bildirək ki, “Yol hərəkəti haqqında” Qanunun 30-cu maddəsinin VI hissəsinə əsasən avtomobillər aşağıdakı müddətlərdə texniki baxışdan keçirilməlidir:

- İstehsal tarixindən 4 ilə qədər – tələb olunmur;

- 4 ildən 10 ilə qədər – iki ildə bir dəfə;

- 10 ildən sonra – ildə bir dəfə.

Bundan başqa, avtobuslar, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri və təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı, texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələri ildə bir dəfə texniki baxışdan keçməlidir.

Nəqliyyat vasitəsinin növbəti texniki baxışının keçirilməli olduğu gündən 20 gün ərzində texniki baxışdan keçirilməməsi İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsinə əsasən – “Nəqliyyat vasitəsini ‘Yol hərəkəti haqqında’ Qanunla müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə” – 50 manat məbləğində cərimə edilir. Əgər bu müddət ərzində avtomobil texniki baxışdan keçməzsə, eyni məbləğdə təkrar cərimə tətbiq olunur.



2025-ci ildə Azərbaycanda minik avtomobilləri üçün texniki baxışın rüsumu 30 manat təşkil edir. Motonəqliyyat vasitələri, traktorlar və digər mexaniki nəqliyyat vasitələri üçün isə bu məbləğ 15 manatdır. Bundan əlavə, 2024-cü il fevralın 1-dən etibarən dövlət texniki baxışı zamanı sürücülərdən dövlət rüsumu ilə yanaşı, utilizasiya haqqı da tutulur. İstismar müddəti 4–10 il olan avtomobil sahibləri 10 manat, 11–21 il olanlar 20 manat, 21–31 il olanlar 30 manat, 31 ildən yuxarı olanlar isə 40 manat utilizasiya haqqı ödəməlidirlər.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin sonunda Azərbaycanda minik avtomobillərinin ümumi sayı 1 milyon 585 min 265 ədəd olub. Yaşı 5 ilə qədər olan avtomobillərin sayı 101 808, 5–10 il arası 145 394, 10–20 il arası 636 821, 20 ildən yuxarı olan avtomobillərin sayı isə 701 242 ədəd təşkil edib.




Azərbaycanda hər il azı 1,3 milyon avtomobil texniki baxışdan keçir. Bu isə gündə orta hesabla 3 700 avtomobil deməkdir. Əgər bu avtomobillərin hamısı rəsmi rüsum əsasında (30 manat) texniki baxışdan keçsə, dövlət büdcəsinə 39 milyon manat daxil olmalıdır. Lakin 1,3 milyon avtomobil sahibinin hər birindən 100–150 manat arası vəsait alındığı halda, bu məbləğ 130–200 milyon manat arasında dəyişir. Yəni rəsmi şəkildə dövlət büdcəsinə 39 milyon manat daxil olursa, qeyri-rəsmi dövriyyə 3–5 dəfə çoxdur. Başqa sözlə, texniki baxış sistemində dövriyyədə olan qeyri-rəsmi pul axını dövlətin qanuni gəlirlərini dəfələrlə üstələyir. Bu qədər külli miqdarda vəsaitin kimlərin cibinə getdiyi isə açıq sual olaraq qalır.




Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli “AzPolitika”-ya açıqlamasında bildirib ki, Azərbaycanda texniki baxış prosesi olduqca formal xarakter daşıyır və bu sahədə ciddi problemlər mövcuddur. Onun sözlərinə görə, texniki baxışla bağlı cərimələr tətbiq olunsa da, çox zaman avtomobillər real yoxlanışdan keçmədən formal şəkildə qeydiyyata alınır.

“Bir çox ölkələrdə sistem elə qurulub ki, vətəndaş özü avtomobilini texniki baxışdan keçirməkdə maraqlı olur. Məsələn, bəzi dövlətlərdə avtomobili texniki baxışdan keçirmədən satmaq mümkün deyil. Bu səbəbdən vətəndaş məcbur olur avtomobilini gətirib yoxlatmağa. Üstəlik, insanlar anlayırlar ki, bu, onların şəxsi təhlükəsizliyi üçün vacibdir. Əyləc sistemi və digər texniki hissələrdə nasazlıq varsa, bu, birbaşa həyat üçün risk yaradır”, – deyə iqtisadçı qeyd edib.

Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanda texniki baxış prosesi o qədər formallaşıb ki, vətəndaşlar bunu absurd qəbul edirlər: “Texniki baxış bu qədər formal olmamalıdır. Burada ciddi maarifləndirməyə ehtiyac var. Avtomobil alqı-satqısı zamanı texniki baxış sənədi mütləq təqdim olunmalıdır. Hər il sadəcə rüsum ödəmək deyil, real təhlükəsizlik yoxlanışı həyata keçirilməlidir. Təəssüf ki, hazırda bizdə texniki baxış sürücülərin üzərinə qoyulan əlavə vergidir.”



Xatırladaq ki, Azərbaycan hökuməti 2018-ci ildə texniki baxış sisteminin özəl sektora ötürülməsi ilə bağlı qərar qəbul etmişdi. Məqsəd bu sahədə şəffaflığın təmin edilməsi və rəqabətli mühitin yaradılması idi. Lakin indiyədək bu islahat həyata keçirilməyib. Dövlətin inhisarında qalan sistem hələ də köhnə inzibati yanaşma ilə idarə olunur.

Avropa və region ölkələrində isə texniki baxış sistemi Azərbaycanın mövcud təcrübəsindən xeyli fərqlənir. Bir çox ölkələrdə bu proses nəinki formal deyil, həm də ciddi şəkildə təhlükəsizlik və ekoloji standartların qorunmasına yönəlib.

Məsələn, Avropa İttifaqı ölkələrində texniki baxış iki ildən bir keçirilir. Bu zaman avtomobilin əyləc sistemi, işıqları, təkərləri, mühərriki, ekoloji normativlərə uyğunluğu və digər göstəricilər ciddi şəkildə yoxlanılır. Əgər nasazlıq aşkarlanarsa, sürücü müəyyən müddət ərzində onu aradan qaldırmalı və daha sonra yenidən texniki baxışdan keçməlidir. Almaniyada bu prosesi müstəqil texniki nəzarət qurumları həyata keçirir və burada rüşvət və ya qeyri-rəsmi ödəniş hallarına yer yoxdur.

Bəzi ölkələrdə texniki baxış prosesi müasir texnologiyalar üzərində qurulub. Məsələn, Hollandiya və Estoniyada sistemin böyük hissəsi elektron nəzarətə keçib. Avtomobilin texniki vəziyyəti barədə məlumatlar GPS və elektron idarəetmə sistemi vasitəsilə avtomatik toplanır. Yəni avtomobilin real vəziyyəti proqramlar vasitəsilə izlənilir və əlavə baxışa ehtiyac qalmır.



Danimarka, Norveç və İsveç kimi Skandinaviya ölkələrində texniki baxış sistemi daha çevikləşdirilib. Bu ölkələrdə ekoloji və təhlükəsizlik standartlarına yüksək səviyyədə əməl olunduğu üçün bəzi hallarda texniki baxış intervalları 4–5 ilə qədər uzadılıb.

ABŞ-də isə texniki baxış sistemi ştatlara görə fərqlənir. Məsələn, Florida, Montana və Minnesota kimi ştatlarda bu sistem illər əvvəl ləğv edilib – yalnız qəzaya düşən və ya satışa çıxarılan avtomobillər texniki baxışdan keçir. Dövlət bu məsuliyyəti vətəndaşın öz üzərinə qoyub. Buna qarşılıq Kaliforniya, Nyu-York və Texas kimi iri ştatlarda texniki baxış və ekoloji test hələ də məcburidir.

Yeni Zelandiyada texniki baxış yalnız ictimai nəqliyyat və yük avtomobilləri üçün məcburidir, şəxsi avtomobillər üçün isə sistem tamamilə könüllüdür.

Gürcüstanda texniki baxış sistemi 2018-ci ildən tam şəkildə bərpa olunub və hazırda elektron formada işləyir. Hər avtomobil üçün məlumatlar dövlət bazasında qeyd olunur, yoxlanışın nəticələri sənədləşdirilir. Əgər avtomobil normativlərə cavab vermirsə, onun istismarına icazə verilmir. Gürcüstanda texniki baxışdan keçməyən avtomobillərin sərnişin və yük daşımalarına icazə verilmir, bu da vətəndaşları məsuliyyətli olmağa vadar edir.

Türkiyədə texniki baxış prosesi “TÜVTÜRK” adlı özəl, lakin dövlət tərəfindən lisenziyalaşdırılmış qurum tərəfindən həyata keçirilir. Avtomobillər üçün texniki baxışın dövriliyi nəqliyyat vasitəsinin növünə görə dəyişir. Məsələn, şəxsi avtomobillər 3 ildən sonra hər iki ildən bir texniki baxışdan keçməlidir. Yük və sərnişin daşıyan nəqliyyat vasitələri isə hər il yoxlanılır.

Qazaxıstanda bu proses bir müddət dayandırılsa da, 2020-ci ildən etibarən yenidən bərpa edilib və artıq özəl şirkətlər vasitəsilə həyata keçirilir.

Bu ölkələrin təcrübəsi göstərir ki, texniki baxışın məqsədi sürücüləri cərimələmək və ya əlavə vergi toplamaq deyil, yol təhlükəsizliyini və ekoloji normaları qorumaqdır. Azərbaycanda isə bu sistemin hələ də formal xarakter daşıması onun real təhlükəsizlik məqsədlərinə xidmət etmədiyini göstərir.

Hər halda texniki baxış sisteminin şəffaflaşdırılması, elektronlaşdırılması və özəl sektora həvalə olunması neqativ halların qarşısını almaq və prosesi səmərəli hala gətirmək üçün ən uğurlu yanaşma olardı.


Oxunub: 139
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 20:26 | SAHİL QƏSƏBƏSİ YAXINLIĞINDA VULKAN PÜSKÜRDÜ - FOTO+ VİDEO (Yenilənib)
    Dünən, 20:19 | AVTOMOBİLLƏRİN TEXNİKİ “GÖRÜM-BAXIMI”... - “Bizdə texniki baxış sürücülərin üzərinə qoyulan əlavə vergidir”
    Dünən, 20:14 | Bakıya gətirilən ətlər təhlükəlidir? - ARAŞDIRMA
    Dünən, 20:02 | Azərbaycan-Rusiya münasibətlərində yeni dinamika - VİDEO
    Dünən, 19:56 | Sarsılmaz birlik: TDT vahid güc mərkəzi kimi - "Kaspi"nin TƏHLİLİ
    Dünən, 19:53 | İcra başçısının sabiq xanım müavini həbsdə qaldı
    Dünən, 19:47 | Ağstafada şəhid qəhrəmanlarımızın anım günləri qeyd edilib
    Dünən, 11:50 | Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin üçtərəfli görüşünün vaxtı məlum olub
    Dünən, 08:03 | Qərbi Azərbaycan Xronikası: "Mən, yoldaşım və qızım tankla Gürcüstanla sərhədə gəldik"
    Dünən, 08:01 | Avtobuslarda qiymət artıb, bəs keyfiyyət? - Nə oturmağa, nə də dayanmağa yer var
    Dünən, 00:43 | DÇ-2026 seçmə mərhələsi: Azərbaycan millisi Fransa yığmasına 0:3 hesabı ilə məğlub oldu
    10-10-2025, 20:39 | 5 il öncə BU GÜN– 10 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ - ADLAR
    10-10-2025, 20:12 | Azərbaycan Kubokunda "Ağstafa Gəncləri"nin növbəti rəqibi müəyyənləşdi
    10-10-2025, 19:48 | Şəhid atasının təzyiqə məruz qalması iddialarına DİN-dən açıqlama - VİDEO
    10-10-2025, 19:02 | Təbiətə 135 mindən çox ziyan vurdular
    10-10-2025, 18:57 | Şəhid atasının təzyiqə məruz qalması iddialarına DİN-dən açıqlama - VİDEO
    10-10-2025, 18:54 | Nəzrin Mansurlunun ölümünə görə həbs olunan həkim Sənan Mehdiyevə hökm oxundu
    10-10-2025, 18:38 | Ağstafanın Poylu kəndində vətəndaşların növbəti səyyar qəbulu keçirilib
    10-10-2025, 18:22 | İdmançımız Azərbaycanın boks tarixinə düşdü - Foto
    10-10-2025, 18:17 | Anar Əsədli ilə bağlı yeni qərar verildi
    10-10-2025, 16:11 | Əliyev və Paşinyan Düşənbədə söhbət ediblər
    10-10-2025, 16:09 | Əminə Yusifqızı dəfn edildi - Foto
    10-10-2025, 15:11 | Bu şəxslərə daha çox pul veriləcək - DƏYİŞİKLİK
    10-10-2025, 14:53 | Rəsul Quliyev bağı 5 milyon dollara Qod Nisanova satıb? - Hacı Qalib şok faktları açıqladı
    10-10-2025, 14:48 | Ağstafada intihar hadisəsi baş verib - YENiLƏNiB
    10-10-2025, 13:46 | Hakim Anar Sadıqovun fəaliyyətinə xitam verilməsi məsələsi gündəmdədir
    10-10-2025, 13:44 | Prezident Düşənbədə MDB liderlərinin geniş tərkibdə iclasında iştirak edib - FOTO - YENİLƏNDİ
    10-10-2025, 13:28 | Paşinyan: “Tramp yolu” Azərbaycan üçün belə işləyəcək
    10-10-2025, 13:26 | Millimizin Fransa ilə oyununa hansı kanalda baxaq?
    10-10-2025, 13:06 | Fuad Ələsgərovun qəbulunda olan valideynin övladının vəsadəti qəbul olunmadı: PREZİDENTƏ VİDEOMÜRACİƏT
    10-10-2025, 12:53 | Məmməd Ağayev həbsdən buraxıldı
    10-10-2025, 12:52 | Qoxu duyğusu iştahı azalda bilər – alimlərdən maraqlı araşdırma
    10-10-2025, 12:50 | Şənbə günü yağış yağacaq
    10-10-2025, 12:44 | Pensiyalar ödənildi
    10-10-2025, 12:20 | Şahin Şıxlinski ilə bağlı YENİ QƏRAR
    9-10-2025, 20:46 | Azərbaycan Kuboku: "Ağstafa Gəncləri" "Kəpəz"-ə qarşı
    9-10-2025, 19:26 | Əhalinin nəzərinə: İş vaxtları dəyişir, kimlərə təsir edəcək?
    9-10-2025, 19:19 | Gəncədə baş verən partlayışda iki nəfər yaralandı
    9-10-2025, 19:17 | Körpələrdə genetik xəstəlikləri aşkarlayan yeni testlər gətirilir
    9-10-2025, 16:25 | Putin: "Rusiya AZAL təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılmasına hər cür kömək göstərir"
    9-10-2025, 14:52 | Ermənistanın hərbi əməliyyatlarda muzdlu döyüşçülər cəlb etməsi ilə bağlı sənədlər məhkəmədə elan olunub
    9-10-2025, 14:42 | Əminə Yusifqızı vəfat etdi
    9-10-2025, 13:54 | Azərbaycan Kubokunda yeni mövsümə bu gün start verilir
    9-10-2025, 13:49 | Fazil Mustafa: “Yol nişanlama, xətləmə işləri, taksi xidməti və bu kimi məsələlər, doğrudan da, narahatedicidir”
    9-10-2025, 13:36 | Metropoliten əmək haqqı ilə bağlı iddialara aydınlıq gətirdi
    9-10-2025, 13:33 | Həftənin son iş gününün hava proqnozu
    9-10-2025, 13:31 | Vəsiqəsiz maşın sürən qazi 34 minlik cərimə yığdı, “xəbərim yoxdur” deyib silinməsini tələb etdi - VİDEO
    9-10-2025, 13:27 | Zakir Həsənov Pakistana başsağlığı verdi
    9-10-2025, 09:25 | Xaçmazda müəllimə faciəli şəkildə öldü
    9-10-2025, 09:22 | Hadise saxlanılmasından danışıb ağladı - VİDEO
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.