Mediaxeberleri.az
    
  • Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
    Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
  • 
  • Şükufə Yusupovadan xəbər var
    Şükufə Yusupovadan xəbər var
  • 
  • Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
    Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
  • 
  • Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
    Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
  • 
  • Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
    Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
  • 
  • Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
    Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
  • 
  • Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
    Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
  • 
  • Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
    Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
  • 
  • Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
    Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
  • 
  • "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
    "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
  • 
  • Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
    Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
  • 
  • 300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
    300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
  • 
  • “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
    “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
  • 
  • Qızı Yaşar Nurini belə yad etdi - Foto
    Qızı Yaşar Nurini belə yad etdi - Foto
  • 
  • Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
    Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
  • 
  • Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
    Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
  • 
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
  • 
  • “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
    “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
  • 
  • UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
    UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
  • 
  • Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
    Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
  • 
  • Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
    Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib

Son xəbərlər :
  • Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze
  • Sabahın hava proqnozu açıqlandı
  • Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi
  • Bu iki ölkə Rusiyaya görə təxliyə planları hazırlayır
  • Müdafiə naziri Zəfər abidəsini ziyarət etdi
  • 27 Sentyabr - Anım Günü ilə əlaqədar dövlət və hökumət rəsmiləri Zəfər parkını ziyarət ediblər - FOTO
  • Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub
  • Qazaxda 27 Sentyabr - Anım Günü ərəfəsində Vətən müharibəsi şəhidləri məzarları başında anılıb
  • Millimiz üçün ilk sınaq: Azərbaycan Litva ilə üz-üzə
  • Vətən müharibəsinin birinci günü: Altı ərazi işğaldan azad edildi
  • UEFA Millətlər Liqasında həyəcan davam edir: Avropada səkkiz maraqlı duel
  • Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal üstünü bağladılar...
  • Maryam Novruzi Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda moderatorluq edib - FOTO/VİDEO
  • Ağsu aşırımında TƏHLÜKƏ: Torpaq sürüşməsi riski yenidən artdı - VİDEO
  • Qazaxda Şəhidlər xiyabanı ziyarət olunub
  • Bakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO
  • Övladınız 11-17 yaşındadırsa, DİQQƏT: Dələduzlar məhz onları hədəf seçirlər
  • İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
  • ML: İspaniya İngiltərəni məğlub etdi
  • Rusiyanın bu hava limanı bağlandı
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Musiqimizin və şeirimizin iki dahisi- Üzeyir bəy və Səməd Vurğun dostluğu xatirələrdə

  • Tarix: 19-09-2025, 18:28

Hər kəsə aydındır ki, "Yaradan" ifadəsi Allahın adlarından biridir. Yaratmaq dedikdə ilk olaraq  Tanrı yada düşür. Lakin biz həm də bəstəkara, şairə, heykəltəraşa, rəssama da yaradan deyirik. Çünki onların xilqətində yaratmaq qüdrəti var. O da məlumdur ki, dilimizdə yaradanları Tanrıdan fərqləndirmək üçün  sadaladığım sənət adamlarına yaradııcı adamlar, Tanrıya isə Böyük Yaradan deyirik.
     Bu yazıda XX əsrdə Azərbaycan xalqının dünya mədəniyyətinə və söz sənətinə verdiyi iki dahi, yaradıcı sənətkar və onların dostluğu haqqında söz açacağıq. Bu günlər biz dahi Üzeyir bəyin anadan olmasının  140 illik yubileyini qeyd edirik. 18 sentyabr Üzeyir bəyin doğum günüdür. Bu tarixin qeyd edilməsi ənənəsinin əsasını Üzeyir bəyin qardaşı oğlu, Hacıbəylilər nəslinin görkəmli nümayəndəsi, məşhur bəstəkar və dirijor Niyazi qoymuşdur. 1995-ci ildə Ümummilli liderimiz Heydər Əliyevin sərəncamı ilə Üzeyir bəyin anadan olduğu gün Üzeyir Musiqi Günü kimi təsis edildikdən sonra bu tarix daha geniş və daha möhtəşəm qeyd edilir. Bu il isə Ümummilli liderimizin qoyduğu ənənələri uğurla davam etdirən Prezidentimiz İlham Əliyevin sərəncamı ilə Üzeyir bəyin 140 iilik yubileyini qeyd edirik. Artıq üçüncü ildir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Azərbaycan Əsgərinin misilsiz qəhrəmanlığı sayəsində Üzeyir Musiqi Günü bəstəkarın vətəni Şuşada qeyd edilir.
         Kimin bu fikrə necə yanaşmasından asılı olmayarq mənim qənaətim  belədir ki, tarixin müxtəlif dönəmlərində, dünyanın müxtəlif xalqları içərisində nə qədər dahi bəstəkarlar olsa belə Üzeyir bəy onların hamısından başda durur. Təkcə ona görə yox ki, Üzeyir bəy mənim xalqımın nümayəndəsidr. (Həm də elə ona görə) Həm də ona görə ki, bu dahi bəstəkarın bütün yaratdıqları ilkdir. Yəni ondan əvvəl onun söykəndiyi ənənə, məktəb, bünövrə olmayıb və məhz elə Böyük Yaradanın verdiyi fitri istedad, qeyri-adi fitrəti nəticəsində o, yaratdıqlarını yarada bilib. Diqqət yetirək. Nə qədər qüdrət, enerji və istək sahibi olmalısan ki, Azərbaycanın professional musiqi sənətinin banisi, müsəlman dünyasında ilk operanın, ilk operettanın, Müstəqil Azərbaycanın və Azərbaycan SSR himninin müəllifi, respublikamızda ilk xalq çalğı alətləri orkestrimizin, mahnı və rəqs ansamblımızın, xorumuzun, simfonik orkestrimizin yaradıcısı və rəhbəri olasan. O, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1945), professor (1940), Azərbaycan Konservatoriyasının rektoru (1928-1929, 1939-1948), Azərbaycan SSR Bəstəkarlar İttifaqının sədri idi.(1938-1948).
       Elə sadaladığım səbəblərin nəticəsidir ki, Üzeyir Hacıbəyli Azərbaycan tarixinə dahi bəstəkar, görkəmli pedaqoq və alim, peşəkar jurnalist, yazıçı, dramaturq, publisist, musiqi etnoqrafı, tarixçi, musiqi təşkilatçısı, dirijor və ictimai xadim kimi daxil olmuşdur. Azərbaycan və SSRİ mədəniyyətinin inkişafındakı xidmətlərinə görə dövrünün ən ali mükafatlarına- Lenin ordeninə, iki dəfə Stalin mükafatına, SSRİ-nin və Azərbaycan SSR-nin Xalq artist fəxri adlarına layiq görülüb. İki çağırış SSRİ Ali Sovetinin deputatı seçilib. Üzeyir bəy ciddi pedaqoji fəaliyyəti ilə  məşğul olaraq  Azərbaycanda və xaricdə bir sıra məşhur bəstəkarların yetişməsində bilavasitə rol oynamışdır. Təkcə respublikamızda hər biri bütövlükdə   bir xalqı təmsil edəcək və fəxri sayılacaq qədər səviyyəyə qalxan böyük bir bəstəkarlar ordusu yetişdirmişdir. Dünya şöhrətli, məşhur bəstəkarlarımızdan Əfrasiyab Bədəlbəyli, Səid Rüstəmov, Asəf Zeynallı, Şəmsi Bədəlbəyli, Niyazi, Cövdət Hacıyev, Tofiq Quliyev, Qara Qarayev, Cahangir Cahangirov, Fikrət Əmirov, Şəfiqə Axundova və digərləri birbaşa Üzeyir bəyin məktəbindən keçmişdir. Təsadüfi deyil ki, məşhur bəstəkarımız Fikrət Əmirov deyirdi: "Biz hamımız Üzeyir məktəbindən çıxmışıq".
      Azərbaycan musiqisinin bütün məqamlarını dərindən və hərtərəfli tədqiq edən Üzeyir Hacıbəylinin şəxsi müşahidələrinin, gərgin axtarışlarının, dərin tədqiqatlarının məhsulu olan  və 20 ilə (1925-1945) başa gələn "Azərbaycan xalq musiqisinin əsasları" adlı  fundamental elmi-tədqiqat əsəri ilə o, həm də  müsiqişünaslıq elmimizin  banisi olmuşdur.
       Üzeyir bəy Hacıbəyli  musiqi sahəsində və  Azərbaycan mədəniyyətində elə bir zirvə kəşf etmişdir ki, o zirvəyə hələ heç kim  qalxa bilməmişdir. Dünya şöhrətli bəstəkar Qara Qarayev deyirdi: "Üzeyir bəyin Azərbaycan mədəniyyəti qarşısındakı xidmətlərini bir cümlə ilə ifadə etsək deməliyik ki, "O, Azərbaycan mədəniyyətinin atasıdır."

   


Bu yazıda mənim məqsədim Üzeyir bəyin Azərbaycan musiqisi, ədəbiyyatı və mədəniyyəti qarşısındakı xidmətləri, Azərbaycan tarixindəki yeri barədə yazmaq deyil,  Azərbaycan ədəbiyyatının digər bir nəhəng nümayəndəsi, Xalq şairi Səməd Vurğunla Üzeyir bəyin arasındakı münasibətlər və dostluğu barədə görkəmli sənət adamlarının, jurnalistlərin və tədqiqatçıların indiyədək deyilmiş fikirlərindən, xatirələrindən nümunələr gətirməklə, bu iki dahini yeni nəslə yenidən təqdim etməkdir. Sözsüz ki, Üzeyir bəy və Səməd Vurğunun döstluğu və yaradıcılıq əlaqələri barədə zaman-zaman məqalələr yazılıb, tədqiqatlar aparılıb. ( Bu məqamda üzeyirbəyşünas Səadət xanım Qarabağlının yazılarını xüsusi qeyd etmək istərdim). Bununla belə mən də bu böyük dostluq barədə bu yazını hazırlayarkən müəyyən araşdırmalar apardım və yazıda istinad edəcəyim fikirlərin mənbə və müəlliflərini hökmən qeyd etməyi özümə borc bilirəm.
       Düşünürəm ki, o zamankı ölkə rəhbərlərindən -Stalin, Nəriman Nərimanov, Mir Cəfər Bağırovdan, dünya şöhrətli bəstəkarlardan tutmuş bu günümüzün məşhur insanlarınadək hamı  Üzeyir bəyi bəstəkar və ictimai xadim olaraq yüksək dəyərləndirmiş, haqqında yüksək sözlər demişlər. Bununla belə, fikrimcə, Üzeyir bəyə ən böyük dəyəri Azərbaycan xalqı vermişdir. Üzeyir bəy öz misilsiz xidmətləri və insani keyfiyyətləri ilə hər bir azərbaycanlının ürəyində özünə əbədi məskən salmışdır və onun cismani yoxluğundan 77 il keçməsinə baxmayaraq xalqın ona olan məhəbbət və rəğbəti nəinki azalır, əksinə daha da artır. Lakin onu da qeyd etməyi özümə borc bilirəm ki,  onun haqqqında ən yüksək dəyəri həm də böyük şairimiz Səməd Vurğun vermişdir. O Üzeyir bəyi "Musiqimizin Peyğəmbəri" adlandırmışdır.
       Şairin oğlu, Azərbaycanın Xalq yazıçısı Yusif Səmədoğlu xatirələrində yazırdı ki, Səməd Vurğun ailəsi ilə birlikdə Kislovodskda istirahət edən zaman Üzeyir bəy də Yesentukidə dincəlirmiş. Bir gün atası onları da götürüb Üzeyir bəylə görüşə aparır. Yolda bərk-bərk tapşırır ki, görüşəndə  Üzeyir bəyin əlindən öpərsiniz. Atasının bu sözü Yusifə bir qədər qəribə gəlir. Görüş zamanı Səməd Vurğunun övladlarının hər üçü Yusif, Aybəniz, lap kiçik olan Vaqif  Üzeyir bəyin əlindən öpürlər. Üzeyir bəyin təkidlərinə baxmayaraq, ehtiram əlaməti olaraq Səməd Vurğun bütün görüş boyu oturmur. Görüşdən sonra Yusif atasından soruşur ki, nəyə görə biz Üzeyir bəyin əlindən öpməliydik. "Üzeyir bəy musiqimizin Peyğəmbəridir. Peyğəmbərin əlindən öpərlər"-deyə Səməd Vurğun izah edir.
      Səməd Vurğun da elə Üzeyir bəy qədər Böyük idi. Yaradıcılığı, poeziyası, dramaturgiyası, istedadı, ictimai fəaliyyəti, insanlığı, xeyirxahlığı, Vətənə, xalqa təmənnasız xidmət və bağlılığı ilə. Bu hər şeydən əvvəl onun mənsub olduğu kökdən və süddən qaynaqlanırdı. Səməd Vurğun hələ uşaqlıqdan musiqiyə məftunluğu ilə seçilirmiş, fiziki cəhətdən zəif, cılız, sısqa bir uşaq olan Səmədin istedadı elə uşaq vaxtından özünü biruzə vermişdir. Uşaqlıqda atası Yusif ağadan saz çalmağı və aşıq havalarını oxumağı öyrənmişdi. Özünə ustad hesab etdiyi və pərəstiş etdiyi Böyük Azərbaycan şairi və ictimai-siyasi xadimi Molla Pənah Vaqifin nəslindən olan ana babası Kühənsal ləqəbi ilə şeirlər yazan Mehdixan ağanın şeirlərini nənəsi Aişə(Aşa) xanımdan öyrənmişdi.
        Hələ lap uşaqlıqdan Səməd Vurğunun məlahətli səsi, gözəl saz çalmağı və skripkada ifa etməyi var idi. Lakin bir gerçəkliklə barışmaq lazımdır ki, hərtərəfli istedad sahibi olan bu insanda poeziya, şairlik musiqiyə üstün gəldi. Bununla belə Səməd övladlarını musiqi ilə böyütmək istəyirdi və elə bu səbəbdən də o, övladlarının hər üçünə musiqi təhsili vermişdi. Onların hər üçü- Yusif, Aybəniz xanım, Vaqif  Bülbül adına orta ixtisas musiqi məktəbini bitirmişdilər. Vaqif Səmədoğlu isə sonradan həm də Konservatoriyanı bitirmişdi və Konservatoriyanın  professoru idi... Lakin onun musiqiyə vurğunluğu bununla bitmirdi. O, Azərbaycanın görkəmli musiqiçiləri, xanəndələri, bəstəkarları,müğənniləri ilə yaxın dostluq edir, onlarla birgə yaradıcılıq işləri qururdular.  Səməd Vurğun klassik xanəndələrdən Cabbar Qaryağdıoğlu, Məşədi Cəmil Əmirov, Keçəçioğlu Məhəmməd, İslam Abdullayev, Malıbəyli Əsgər, Musa Şuşinski və başqaları ilə şəxsən tanış olmuş, yazılarında və çıxışlarında onların sənətinə yüksək qiymət vermişdir.
      Böyük şairin musiqiyə qeyri-adi sevgisi onun Üzeyir bəylə də dostluq əlaqələrinin yaranmasına səbəb olmuşdu. Şairin Üzeyi bəy Hacıbəyli ilə ilk qiyabi tanışlığı seminariyada oxuduğu illərdə, Üzeyir bəyin əsrləri ilə tanışlıqdan başlayırdı. Üzeyir bəyin  musiqisi Səmədi gözəgörünməz tellərlə bir cazibə qüvvəsi kimi özünə çəkirdi. Və  bu Böyük İnsan və Böyük bəstəkarla ünsiyyət qurmaq hissi Səmədi   tərk etmirdi. Bu iki Böyük şəxsiyyətin dostluğu  Səməd Vurğun Moskvadan Bakıya qayıtdıqdan sonra-1931-32-ci illərdən başlayır. Həmin illər artıq Üzeyir bəy keçmiş SSRİ -də və dünyada tanınan məşhur bir bəstəkar idi. Səməd Vurğunun isə istedadı getdikcə parlayır, yaradıcılığı geniş kütlələri özünə cəlb edirdi. 1934-cü ilin iyun ayında, respublikamızda mühüm hadisələrin cərəyan etdiyi bir dönəmdə, Azərbaycan ədəbiyyatının və musiqisinin inkişafında sonralar mühüm rol oynayan və əlamətdar bir hadisə kimi tarixə düşən Azərbaycan  Yazıçılar İttifaqı və Bəstəkarlar İttifaqı yaradıldı. Üzeyir bəy Bəstəkarlar İtifaqının sədri, gənc Səməd Vurğun isə Yazıçılar ittifaqının fəal üzlərindən idi. Həmin illər bu birliklər respublikanın nüfuzlu yaradıcı ziyalılarını və istedadlı sənət adamlarını öz ətrafına toplayaraq ictilmai-siyasi həyatımızın bütün sahələrində mühüm rol oynayırdı. 1941-ci ildə Səməd Vurğun Azərbaycan  Yazıçılar İttifaqının sədri seçildikdən sonra onun Üzeyir bəylə təmasları tez-tez olurdu. Və bu təmaslar artıq onlar arasında böyük yaş fərqinin (21 il) olmasına baxmayaraq dostluğa çevrilmişdi. Həm də onlar arasında bir-birinə ata-oğul münasibətləri səviyyəsinə qədər  yüksələn bir ünsiyyət formalaşmışdı. Bu münasibətlər onlar arasında həm də yaradıcılıq müstəvisində özünü göstərirdi. Bu iki dahi sənətkarın yaradıcılıq əməkdaşlığı İkinci Dünya müharibəsi dövründə xüsusi bir mərhələ təşkil edir. Həmin illərdə o zamankı dövr yaradıcı insanlardan Vətən, müharibə, müdafiə, qəhrəmanlıq mövzusunda yeni-yeni əsərlər yaratmağı tələb edirdi. Bütün yaradıcı ziyalılar bu prosesə qoşulmuşdular. Həm alovlu vətənpərvər, həm də yaradıcılıq ittifaqlarının rəhbəri kimi Üzeyir bəylə Səməd Vurğun bu prosesin önündə gedirdilər. Və təsadüfi deyil ki, həmin illərdə Üzeyir bəyin yazdığı üç marşı -"Vətən Ordusu", "Ey Vətən", "Döyüşçülər marşı" və qələbəyə həsr olunmuş  "Zəfər himni" Səməd Vurğunun sözlərinə yazılmışdır və nadir sənət nümunələridir
       Üzeyir bəy hər zaman Səməd Vurğun yaradıcılığına yüksək dəyər vermiş, bir çox hallarda onu nümunə kimi göstərmişdir. "Bu baxımdan Səməd Vurğunun  "Fərhad və Şirin" əsərinin Stalin mükafatına təqdim edilməsi münasibətilə Stalin mükafatı komitəsinin iclasında Ü. Hacıbəylinin söylədiyi nitq  çox maraqlıdır. Üzeyir bəy çıxışında demişdir: "Səməd Vurğun - müasir Azərbaycan ədəbiyyatının parlaq nümayəndələrindən biridir. Burada mən deyərdim ki, nəinki parlaq nümayəndələrindən biri, hətta ən istedadlı nümayəndəsidir... Bir dramaturq kimi Səməd Vurğunun əsas cəhəti odur ki, onun əsərlərində real xarakterlər verilir və lirik şairin dərin psixologizmi hiss olunur...ikinci əsas tərəfi odur ki, o, insan həyatını romantik və filosof şair kimi təsvir edir. Hazırkı "Fərhad və Şirin" əsəri bizim ədəbiyyatımızda və teatrda böyük əhəmiyyət kəsb edən hadisədir..."
    1940-cı ildən, yəni yarandığı gündən, ömrünün sonuna kimi Stalin komitəsinin  üzvü olan Üzeyir bəy Hacıbəylinin bu çıxışından sonra Səməd Vurğunun "Fərhad və Şirin" əsəri qeyd-şərtsiz Stalin mükafatına layiq görülmüşdür." (Səadət Qarabağlı)
     Qeyd etmək lazımdır ki, Səməd Vurğun da dahi Üzeyir bəy Hacıbəylinin şəxsiyyətinə böyük hörmət bəsləyib, bəstəkar haqqında sanballı məqalə və şeirlər yazıb. "Leyli və Məcnun" operasına yüksək qiymət verən xalq şairimiz Səməd Vurğun çox doğru olaraq Üzeyir Hacıbəyliyə "Ey Füzuli şerinin bəstəkar qardaşı" deyə müraciət edirdi.
      1948-ci ildə Üzeyir bəyin xəstəliyi şiddətlənməyə başladı. Həmin ilin noyabrında Böyük bəstəkar artıq ömrünün son günlərini yaşayırdı. "...Həmin günlərdə Üzeyir bəyə baş çəkənlərdən biri də Səməd Vurğun idi. Şair yataq otağının açıq qapısından içəri boylanır. Üzeyir bəy əlləri sinəsi üstə çarpaz, matdım-matdım ona baxırdı. Üzünün rəngi qaçmışdı. Şair yatağa yaxınlaşanda xəstə qalxıb ona əl vermək istədi, bacarmadı. Səməd Vurğun ustadın soyuq əllərindən öpür.
- Oğul, könlüm səni necə istəyirdi, biləsən. Görürsən də... Deyəsən, vaxtdır. Sən yaxşı bilərsən, oğul, necə deyib o şair? Köçmək gərək bu dari-fənadan yavaş-yavaş...
Səməd Vurğunun ürəyi dözmür. Diz üstə çöküb Üzeyir bəyin yatağını qucaqlayır, uşaq kimi ağlamağa başlayır. Xəstə titrəyən ipək əlləri ilə onun saçlarını oxşayır. (Qulam Məmmədli "Üzeyir Hacıbəyov. Həyat və yaradıcılığının salnaməsi" Aznews.az)
        1948-ci il noyabrın 24-də Böyük bəstəkarın yaşamaq və yaratmaq eşqilə döyünən ürəyi  dayandı. "Musiqimizin Peyğəmbəri" əbədiyyətə qovuşdu. Dahi bəstəkarın vida mərasiminə keçmiş SSRİ-nin hər yerindən nümayəndələr gəlmişdilər. Dahi bəstəkarla vidalaşmaq üçün on minlərlə insan küçələrə çıxmışdı. Bakı indiyədək belə bir izdiham görməmişdi. Dəfn mərasimində çıxış edənlərdən biri də Səməd Vurğun idi.
      Taleyin qəribə paradoksu...Həyatının sonunda Səməd Vurğun da Üzeyir bəyin taleyini yaşadı. 1955-ci ildə şair çağalmaz xəstəliyə düçar oldu. Bir müddət Bakıda müalicə edildikdən sonra  Moskvaya Kreml xəstəxanasına göndərildi. Burada məşhur həkimlər onu əməliyyat edərkən məlum oldu ki, artıq hər şey çox gecdir. 1956-cı iln fevralında guya şairə vətən havası lazımdır deyə Bakıya qaytarıldı.  Mehdixan Vəkilov xatirələrində yazırdı ki: "Səməd Vurğun xəstəliyi zamanı nədənsə tez-tez atasını və Üzeyir Hacıbəyovu xatırlayırdı".  Düşünürəm ki, bu xatırlama Böyük şairin atasına və atası qədər sevdiyi və hörmət bəslədiyi Üzeyir bəyə sonsuz məhəbbətin təzahürü idi.
      Üzeyir bəyin həyatını dəyişdiyi  günlərdə Səməd Vurğun dillər əzbəri olan, aforizmə çevrilən, hər kəsin əzbərdən bildiyi məşhur " Ölüm sevinməsin qoy" şeirini yaratdı. Bu əsər sairin Böyük bəstəkara əbədi bir abidəsi idi. Bu möhtəşəm  əsər sanki bu gün yazılıb və bu gün də hər iki dahi bizimlə bərabər addımlayır, bizim içimizdədi, yaratdıqları bənzərsiz əsərlərində, hər kəsin qəlbində yaşayır.
...Budur, baxır üzümə, baxır sənətkar gözü,
Yenə gülür danışır, nəfəs alır Üzeyir,
Süzülür qəlb evimə onun hər odlu sözü,
Rübabının səsində qanad açır min şeir.
O sabah da bizimlə addımlayır yanaşı,
"Koroğlu"dan oxuyur yenə zəfər ordumuz.
Ey Füzuli şerinın bir bəstəkar qardaşı!
Şöhrət tapdı adınla bizim ana yurdumuz.
Ölüm sevinməsin qoy, ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər...
Mən bu kiçik şeirimi yazıram göz yaşımla,
Çünki vidalaşıram bir ürək sirdaşımla

Ramiz Göyüş
Yazıçı-publisist



Oxunub: 3 235
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 12:54 | Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze
    Bu gün, 12:51 | Sabahın hava proqnozu açıqlandı
    Bu gün, 12:04 | Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi
    Bu gün, 11:20 | Bu iki ölkə Rusiyaya görə təxliyə planları hazırlayır
    Bu gün, 11:18 | Müdafiə naziri Zəfər abidəsini ziyarət etdi
    Bu gün, 10:53 | 27 Sentyabr - Anım Günü ilə əlaqədar dövlət və hökumət rəsmiləri Zəfər parkını ziyarət ediblər - FOTO
    Bu gün, 10:49 | Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub
    Bu gün, 10:19 | Qazaxda 27 Sentyabr - Anım Günü ərəfəsində Vətən müharibəsi şəhidləri məzarları başında anılıb
    Bu gün, 09:44 | Millimiz üçün ilk sınaq: Azərbaycan Litva ilə üz-üzə
    Bu gün, 09:42 | Vətən müharibəsinin birinci günü: Altı ərazi işğaldan azad edildi
    Bu gün, 09:40 | UEFA Millətlər Liqasında həyəcan davam edir: Avropada səkkiz maraqlı duel
    Bu gün, 09:27 | Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal üstünü bağladılar...
    Bu gün, 09:23 | Maryam Novruzi Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda moderatorluq edib - FOTO/VİDEO
    Bu gün, 09:17 | Ağsu aşırımında TƏHLÜKƏ: Torpaq sürüşməsi riski yenidən artdı - VİDEO
    Bu gün, 09:10 | Qazaxda Şəhidlər xiyabanı ziyarət olunub
    Bu gün, 09:03 | Bakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO
    Bu gün, 08:51 | Övladınız 11-17 yaşındadırsa, DİQQƏT: Dələduzlar məhz onları hədəf seçirlər
    Bu gün, 08:47 | İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
    Bu gün, 08:45 | ML: İspaniya İngiltərəni məğlub etdi
    Bu gün, 08:44 | Rusiyanın bu hava limanı bağlandı
    Bu gün, 08:42 | Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
    Bu gün, 00:10 | Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib
    Bu gün, 00:02 | Azərbaycanda Anım Günü qeyd olunur - VİDEO
    Bu gün, 00:00 | Vətən müharibəsinin başlamasından altı il ötür - VİDEO
    Dünən, 22:00 | Azərbaycanlı akrobatlar dünya çempionu oldular
    Dünən, 21:54 | Heç vaxt müflis olmayacaq BÜRCLƏR
    Dünən, 21:52 | Leysan, dolu və sulu qar yağacaq- XƏBƏRDARLIQ
    Dünən, 21:50 | Ağcabədidə ağır qəza: qardaşlar öldü, bir nəfər yaralandı
    Dünən, 21:49 | Xəzərdə 14 hərbçinin ölümü ilə bağlı təcili tapşırıq
    Dünən, 19:12 | Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
    Dünən, 17:32 | Deputat qarpızsatanla bağlı insidentdən danışdı: "Bıçağı çənəmin altında saxladı"
    Dünən, 15:50 | Azərbaycan tərəfi Türkiyə mediasında baş verən prosesləri diqqətlə izləyir - Media və Yayım Şurası
    Dünən, 14:50 | Qazaxda 27 Sentyabr - Anım Günü ilə əlaqədar Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
    Dünən, 12:31 | İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/VİDEO
    Dünən, 12:05 | "Minkənd" KSES-in açılışı olub, "Tekstil Klasteri" layihəsi üzrə müəssisənin təməli qoyulub - FOTO/VİDEO
    Dünən, 10:02 | İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"
    Dünən, 10:01 | Moskva İrəvanın müraciətini yetərli saymadı: Məhdudiyyətlər qüvvədə qaldı
    Dünən, 09:57 | Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
    Dünən, 09:55 | Millətlər Liqasında böyük oyun günü: İngiltərə İspaniyaya qarşı
    Dünən, 09:54 | Prezident: "Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır"
    Dünən, 09:51 | Bu gün iki mühüm müqavilə imzalanacaq - Prezident
    Dünən, 09:48 | Prezident bərpaolunan enerjidən danışdı: Növbəti 5 ildə...
    Dünən, 09:47 | Sülh sazişinin imzalanması qarşısında qalan maneələrin...
    Dünən, 09:45 | Qaradağda vulkan püskürdü
    Dünən, 09:43 | Bu qış Ukraynanı fəlakət gözləyir - Mendel
    Dünən, 00:50 | Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
    25-09-2026, 23:12 | Vətən Müharibəsi Şəhidlərinin əziz xatirəsi yad olundu
    25-09-2026, 22:33 | Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
    25-09-2026, 22:24 | Daha bir boksçumuz Avropa çempionu oldu: Milli komanda rekord sayda medal qazandı
    25-09-2026, 21:04 | Surxay Hüseynli vəfat etdi
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.