Bu ərazidə yeni binalar tikilir – 70 milyon xərclənəcək mənzillər güzəştli şərtlərlə vətəndaşlara veriləcək
Abşeron, Saray qəsəbəsində 4,5 ha torpaq sahəsində 8 və 9 nöm-li 16 mərtəbəli, 10,11 və 12 nöm-li 12 mərtəbəli çoxmənzilli yaşayış binalarının, 13 nöm-li 1 mərtəbəli qeyri-yaşayış binasının tikintisinə 42 179 408 AZN, qəsəbədə 4,5 ha torpaq sahəsində 5 nömrəli 12 mərtəbəli, 6 və 7 nömrəli 16 mərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinə isə 27 349 902 AZN xərclənəcək. Mediaxeberleri.Az-ın xəbərinə görə, layihə “MİDA” MMC tərəfindən həyata keçirilir. Tikinti işlərini həyata keçirəcək şirkət hələlik müəyyənləşməyib. Binaların güzəştli şərtlərlə vətəndaşlara verilməsi nəzərdə tutulur.
Oxunub: 56
Xəbəri paylaş
Paylaş: