Mediaxeberleri.az
    
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video

Son xəbərlər :
  • Füzuli Rzaquliyev vəfat edib
  • Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb- FOTO
  • Özgür Özəl Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb
  • Mətanət Əliverdiyevanın sevinc göz yaşları - VİDEO
  • Ağac qaz borusunun üzərinə aşdı, avtomobil yararsız hala düşdü.
  • "Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz"
  • Prezident sərəncam imzaladı
  • İki nəfərin öldüyü qəzada sağ qalan şəxsin vəziyyəti açıqlandı
  • Bakıda 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilib - FOTO - YENİLƏNİB
  • Azərbaycanda qarın hündürlüyü 29 sm-ə çatıb
  • Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev vəfat edib
  • Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
  • Alınmaz hesab edilən mövqelər necə ələ keçirildi? - Video
  • Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışları Rusiya mediasında - Foto
  • "Euronews" Azərbaycanda Zəfər Günü və Ərdoğanın səfəri barədə məqalə dərc edib
  • Azərbaycanda Dövlət Bayrağı Günüdür
  • Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirib
  • İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO
  • Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

RUSİYA İFLİC EDİLİR, BÖHRAN BAŞLAYIR... - Kreml indi müharibəni necə bitirəcəyini bilmir

  • Tarix: 1-10-2025, 13:20

ABŞ isə bütün istədiklərinə nail olmaq üzrədir

Üç il yarımdır ki, Rusiya Ukraynada döyüş meydanında böyük qurbanlar hesabına yalnız cüzi ərazilər zəbt edə bilib. Ancaq elə də böyük olmayan Pokrovsk şəhəri uğrunda gedən döyüşlər ruslar üçün bədbin gələcəyin uzaqda olmadığını göstərir.

Rusiya ordusu artıq bu istiqamətdə əldə etdiklərini itirərək mühasirəyə düşmək təhlükəsi ilə üzləşib. İndiyədək müharibədə, xüsusilə də son dövrlərdə əsasən hücum edən tərəf Rusiya olub, onlar arxa cəbhədəki resurslarına arxalanaraq durmadan irəliyə atılıblar. Kreml rəhbərliyi qüvvələr nisbətində Rusiyanın üstünlüyü faktorunun heç zaman dəyişməyəcəyi düşüncəsilə müharibədə qalib gələcəkləri eyforiyasına qapılıb. Lakin müharibə uzandıqca, Rusiya Ukrayna qarşısındakı üstünlüklərini tədricən itirir və qüvvələr nisbəti bərabərləşməyə doğru gedir.

Hazırda Rusiya raket və dronlarla Ukrayna şəhərlərinə zərbələr endirməklə özünün güclü olduğunu göstərməyə, ukraynalılar arasında vahimə və ümidsizlik yaratmağa çalışır. Ukrayna isə dinc əhaliyə hücum etmir. Lakin Volodimir Zelenski Moskvanı elektriksiz qoya biləckləri barədə xəbərdarlıq edib və nümunə kimi Ukrayna qüvvələri raket hücumuyla Belqorod şəhərinin İstilik Elektrik Mərkəzini partladıblar.



Elə zənn edilməsin ki, Ukrayna Silahlı Qüvvələri(USQ) Moskvanı elektriklə təmin edən obyektləri vura bilməz. Əlbəttə, Moskva Belqorod deyil və o, Hava Hücumundan Müdafiə sistemlərilə daha yaxşı təmin edilib. Buna baxmayaraq, bu sistemlər keçilməz deyil və bu yaxınlarda Moskvaya edilən dron hücumları sadəcə yoxlamaydı. Bununla Rusiyanın müdafiə imkanları öyrənilirdi.

ABŞ Prezidenti Donald Trampın Rusiyanı “kağız pələng” adlandırması və Ukraynanın qalib gələ biləcəyinə işarə vurması Ukrayna üçün xoş yenilkdir. Belə ki,indiyədək Qərbdə Rusiyanın məğlubedilməzliyi əfsanəsi yayılmışdı. Elə Trampın özü də rusların Napoleon və nasist Almaniyasına qalib gəlməsini misal çəkərək, Rusiyanın məğlubedilməzliyinə inamını ifadə edirdi.

Əgər Rusiyanın əsgər sayını, səfərbərlik imkanını, silah sənayesinin gücünü, maliyyə durumunu nəzərə alsaq və mövcud şərtlər daxilində bu parametrləri Ukrayna ilə müqayisə etsək, onda deyə bilərik ki, bir ildən sonra qüvvələr nisbəti hətta Ukraynanın leyhinə ola bilər.




Rusiya Federasiya Şurasının üzvü, ”Rosskosmos”un keçmiş rəhbəri Dmitri Roqozinin bu yaxınlarda verdiyi müsahibəsindən aydın olur ki, ruslar Ukraynanın gücünü qəbul etməyə məcburdurlar. Halbuki, həmin Roqozin iki il öncə tamamilə fərqli fikirdəydi.

Müharibənin qeyri-müəyyən vaxtadək uzanacağı artıq şübhə doğurmur. Ona görə də tarixdən məlum olan bütün uzunmüddətli müharibələrdə əlahiddə rol oynayan dörd faktoru nəzərə almaq şərtilə ümumi mənzərəni aşağıdakı kimi təsvir edə bilərik.

Sözügedən faktorlar hərbi potensial, ölkənin iqtisadi və maliyyə drumu, müttəfiqlərin göstərdiyi köməyin həcmi və onların qlobal geostrateji maraqları, elitanın və cəmiyyətin müharibəyə münasibəti və dözümüdür.

Əvvəla, onu deyək ki, “möhtəşəm” Hərbi Sənaye Kompleksinə və daha çox insan resursuna malik olan Rusiya Federasiyasının Ukraynanı taqətdən salacağı taktikası özünü doğrultmayıb.

Rusiya silah sənayesinin əsas məhsullarından sayılan zirehli texnikanın əhəmiyyəti getdikcə azalır. İki il öncə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev guruldayaraq deyirdi ki, biz ildə 1500 “T-90” tankı istehsal edəcəyik və bunun qarşısında Ukrayna tab gətirə bilməyəcək. Bu günün reallığı ondan ibarətdir ki, döyüş meydanında tanklar “FPV” dronlarının asan hədəfinə çevrilib. Rusiya helikopterləri də ortalıqda çox nadir hallarda görünürlər. Rusiya komandanlığı elə bilirdi ki, Ukrayna Suriyadır və burada “Mi-28” və ya “Ka-52” piyadalara divan tutacaq. Lakin Suryadakı yaraqlılardan fərqli olaraq, USQ-nin helikopterləri vurmaq üçün çoxsaylı vasitələri var. Yeri gəlmişkən, dünən Ukraynanın “FPV” dronu Rusiyanın “Mi-28” helikopterini havadaykən məhv edib.



Rusiya həmçinin, aviasiyası ilə öyünürdü. Döyüş tapşırığını yerinə yetirən xeyli sayda “Su-30”, ”Su-34” və “Su-35” kimi ən yeni qırıcı-bombardımançılar vurularaq sıradan çıxarılıb. Az miqdarda köhnə modifikasiyalı “F-16” və “Miraj”-larla təchiz edilən Ukrayna hərbi aviasiyası rusların səmada sərbəst fəaliyyətinə imkan vermir. Avdeyevka şəhərinin alınmasında xüsusi önəm daşımış “FAB” və “KAB” tənzimlənən ağır avia bomblarına qarşı da ukraynalılar effektiv cavab tapıblar. Radioelktron mübarizə tətbiq etdikdən və onları daşıyan təyyarələri vurmağa başlayandan sonra bu cür zərbələrn sayı olduqca azalıb. Həmçinin, artıq həmin tip bombalardan Ukrayna təyyarələri də istifadə edir.

Ancaq bunlara baxmayaraq, Rusiyanın ən güclü tərəfi kimi çoxsaylı “Şahed” tipli dronları, ballistik“İskander”, qanadlı “X-101”, ”Kalibir” və digər raketləri Ukrayna şəhərlərinə ciddi zərər yetirir. Ukrayna hələ ki, ruslara simmetrik cavab verəcək “Sapsan”, ”Neptun” və “Flaminqo” raketlərini işə salmayıb. Ukraynaya qanadlı “Tomahawk” raketlərinin verilməsi isə Ağ Evdə müzakirə edilir. Bununla yanaşı, hətta NATO generalları Ukraynanın aktiv müdafiədən hücuma keçməsinin vacibliyindən danışmağa başlayıblar.




Sözsüz ki, müharibəninin maliyyələşdirilməsi ən vacib faktorlardan biridir və bunun üçün ilk növbədə ölkə iqtisadiyyatı dayanıqlı olamlıdır. Rusiya müharibə xərclərini ödəmək üçün büdcəyə düşən yükün bir hissəni Milli Rifah Fondundan götürməklə həll edirdi. Bu fondu əməllicə əritdikdən sonra yeni metoda keçilib. Rusiya Maliyyə Nazirliyi maliyyə çatışmazılığını aradan qaldırmaqdan ötrü ƏDV-ni 20%-dən 22%-ə qaldıracağını bildirib. Bu tədbir ticarətin bütün sahələrini əhatə edəcək. Ekspertlərin hesablamalarına görə, ƏDV-nin 2 faiz artırılması Rusiya büdcəsinə təxminən 12 milyrd dollar əlavə pul gətirə bilər. Əlbəttə, bu elə də böyük məbləğ deyil ki, müharibə xərcələrini ödəsin, amma başqa çarə yoxdur. Lakin bir çox mütəxəssislər hətta bu rəqəmin də şişirdildiyini deyirlər. Çünki ƏDV-nin artırılması şirkətlərin mənfəətini azaldacaq. Bu da onların büdcəyə ödəyəcəkləri mənfəət vergisini kiçildəcək. Həmçinin, ƏDV artımının digər iqtisadi fəsadları olacaq ki, bu da gözlənilən büdcə daxilolmalarını təmin etməyə bilər.

Yəqin ki, Rusiya hökuməti növbəti mərhələdə büdcə kəsirini bağlamaq və müharibəyə pul tapmaq üçün vətəndaşların bankalardakı əmanətlərinə əl qoyacaq. Rusiyanın “Moscow Times”qəzetinin məlumatına görə, gələn il orduya, polisə və xüsusi xidmət orqanlarına ümumilikdə 17 trilyon rubl ayrılacaq ki, bu da büdcənin 38%-ni təşkil edəcək. Çünki ölkəni total şəkildə hərbi relsin üzərinə qoymağa hazırlaşırlar.

Göründüyü kimi, Rusiya hər şeyini müharibəyə yönəldir və deyəsən, bunun axırının nəylə yekunalşacağını heç özü də bilmir...

Bəs, Ukraynanın maliyyə-iqtisadi durumu hansı vəziyyətdədir? Rusiya Ukraynanın valyuta mədaxilində mühüm yer tutan taxıl və günəbaxan yağı ixracının qarşısını dənizdə kəsmək istəyirdi, lakin ukraynalıların dəniz dronları rusların Qara dəniz donanmasının xeyli gəmisini məhv etdikdən sonra onları Sevostopldan Novorosiysk limanına qaçmağa məcbur etdi. Ukrayna nə qədər qəribə görünsə də, müharibə başlayandan indiyədək qızıl-valyuta ehtiyatını artırıb.

Onu da unutmayaq ki, Ukraynanın Avropa Birliyindən böyük maliyyə yardımı alır. Bu da əhalinin sosial problemlərinin həlli, oprdunun saxlanması və ölkənin silah sənayesinin inkişafında xüsusi önəm daşıyır.

Müharibə aparan ölkənin əhalisinin bu vəziyyətə münasibəti və dözümü isə bəlkə də ən vacib faktordur. Hələlik Rusiya cəmiyyəti müharibənin ağırlığını total formada öz üzərində hiss etmir. Döyüşə yalnız müqaviləçilər gedir və onların da ailələrinə imtiyazlar verilir, hərbi zavodlarda işləyənlər yüksək məvacib alırlar. Düzdür, müharibənin Rusiya iqtisadiyyatına vurdğu zərbələr özünü sonradan, özü də dəhşətli şəkildə büruzə verəcək. Ancaq indiki halda əhalini dərindən narahat edəcək vəziyyət yoxdur. Benzin növbələri yenicə başlayıb və hələ heç də kritik həddə deyil. Ümumiyyətlə, Rusiya cəmiyyəti elə vəziyyətə salınıb ki, onun müqavimət gücü də qırılıb. Yalnız elitanın maraqlarına ciddi zərbə dəyəndə və ya ölkə total kollapsa uğrayanda, Putin və komandasının tarixin arxivinə atılması mümkündür.



Müharibənin nəticəsinə ciddi təsir göstərəcək faktorlardan biri də Rusiya və Ukraynanın müttəfiqlərinin gücü və geostrateji planlarıdır. ABŞ indiyədək müharibənin uzanmasında maraqlı olub və Rusiyanın tez zamanda məğlub olmasını istəməyib. Bundan irəli gələrək, Rusiya hələ ki, taqətdən düşməyib və döyüşmək potensialı var. Lakin hadisələrin dinamikası rus ordusunun durumunun pisləşəcəyini və daha çox qurbanlar verəcəyini göstərir.

Digər yandan, Avropa ilə Rusiyanın birbaşa qarşıdurma yaşaması da ABŞ-nin maraqlarına xidmət edir. Gərginlik şiddətlənərsə, Avropa ilə Rusiya arasındakı kommuniksaya əlaqələri kəsilər. Belə olan təqdirdə, Çinin ən böyük ticarət tərfdaşlarından olan Avropa ilə quru nəqliyyat yolu bağlanacaq, bu da Pekinin maliyyə mənbəyinə ciddi zərbə vuracaq.

ABŞ artıq bu müharibədə istədiyinə qismən nail olub. Tramp Ukraynaya silah verilməsinə heç bir qadağa qoymayıb, sadəcə, tədarük olunan bütün silahların pulunu Avropa Birliyi ödəyəcək. Nəticədə ABŞ silah sənayesi bu əməliyyatlardan yaxşı gəlir götürəcək. Avropa Rusiyadan neft və qaz ixracını dayandırdıqdan sonra ABŞ mütləq dövriyyəyə girəcək və Avropanı karbohidrogenlərlə təchiz etməyə başlayacaq.

Ümimiyyətlə, Ukraynanın qələbə strategiyasının baş tutması Rusiyanın mühüm iqtisadi obyektlərinin və hərbi zavodlarının uzaqmənzilli raketlərlə məhv edilməsi ilə mümkündür. Bəllidir ki, Rusiyanın neft sənayesinə endirilən zərbələr təkcə Rusiyada yanacaq qıtlğı yaratmır, həmçinin Kremlin valyuta qazanmasını əngəlləyir. Rusiya ötən il neft satışından 110 milyard dollar götürüb. Rusiyanı iflic etmək üçün Ukrayna lazımı mövqelərə çoxsaylı dron hücumlarıyla yanaşı, həm də aramsız raket zərbələri vurmalıdır. Bu baxımdan Ukraynanın öz istehsalı olan raketləri ilə ABŞ-nin qanadlı “Tomahawk” raketlərinin zərbələri müharibənin müqəddəratını həll edə bilər.

Vaqif Nəsibov


Oxunub: 401
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 16:06 | Füzuli Rzaquliyev vəfat edib
    Bu gün, 16:00 | Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb- FOTO
    Bu gün, 15:52 | Özgür Özəl Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
    Bu gün, 15:48 | Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb
    Bu gün, 14:55 | Mətanət Əliverdiyevanın sevinc göz yaşları - VİDEO
    Bu gün, 14:51 | Ağac qaz borusunun üzərinə aşdı, avtomobil yararsız hala düşdü.
    Bu gün, 14:46 | "Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz"
    Bu gün, 14:40 | Prezident sərəncam imzaladı
    Bu gün, 14:15 | İki nəfərin öldüyü qəzada sağ qalan şəxsin vəziyyəti açıqlandı
    Bu gün, 14:10 | Bakıda 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilib - FOTO - YENİLƏNİB
    Bu gün, 13:59 | Azərbaycanda qarın hündürlüyü 29 sm-ə çatıb
    Bu gün, 13:43 | Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev vəfat edib
    Bu gün, 10:13 | Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
    Bu gün, 09:04 | Alınmaz hesab edilən mövqelər necə ələ keçirildi? - Video
    Bu gün, 01:32 | Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışları Rusiya mediasında - Foto
    Bu gün, 01:00 | "Euronews" Azərbaycanda Zəfər Günü və Ərdoğanın səfəri barədə məqalə dərc edib
    Bu gün, 00:00 | Azərbaycanda Dövlət Bayrağı Günüdür
    Dünən, 20:36 | Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirib
    Dünən, 20:22 | İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO
    Dünən, 20:13 | Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
    Dünən, 19:59 | Zəfər Günü İzmirdə də qeyd edildi
    Dünən, 19:56 | Ərdoğanın sevdiyi mahnı Xankəndidə səsləndirildi - Video
    Dünən, 19:54 | Onlar Ermənistanın düşmənidir - Rubinyan
    Dünən, 19:50 | Əliyevlə Ərdoğanın görüşü ilə bağlı daha bir paylaşım...
    Dünən, 19:48 | Fransanın orada olacağı şübhəsizdir - Barro
    Dünən, 19:46 | Yük avtomobilinin sürücüsü sükan arxasında öldü
    Dünən, 16:34 | "Ağstafa Gəncləri" “Şəmkir” səfərindən üç xalla qayıdır
    Dünən, 11:35 | Mehriban Əliyeva 8 Noyabr - Zəfər Günü ilə bağlı paylaşım edib
    Dünən, 11:28 | Tovuzun icra başçıları niyə həmişə tovuzlu olur? – 35 illik maraqlı ənənənin sirri
    Dünən, 11:26 | Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - Foto
    Dünən, 10:40 | "Zəfər turu": "İmişli" "Sumqayıt"ı, "Sabah" "Şamaxı"nı qəbul edəcək
    Dünən, 10:37 | "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
    Dünən, 10:36 | "Haber Global": 44 gündə yazılan dastan - Video
    Dünən, 10:34 | Zəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı
    Dünən, 10:33 | Zəfərdən Böyük Qayıdışa: Qalib xalqın qürur dastanı - Foto
    Dünən, 10:31 | Mətbuat Şurası: " Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar"
    Dünən, 00:03 | Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
    7-11-2026, 23:40 | Yaxın gələcəkdə şanslı olacaq BÜRCLƏR
    7-11-2026, 23:36 | Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
    7-11-2026, 23:34 | Ronaldonun Messiyə jestləri cavabsız qaldı
    7-11-2026, 23:31 | Almaniyanı rekord sayda insan tərk etdi - Bu ölkələr liderdir
    7-11-2026, 22:40 | 7 qol vuruldu, "Qalatasaray" liderliyini möhkəmləndirdi
    7-11-2026, 21:06 | “Əmək” ordeni alan jurnalistlər hansı üstünlükləri qazandılar?
    7-11-2026, 21:05 | "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR
    7-11-2026, 21:02 | Prezidentdən Qarabağa səfərlə bağlı - Video
    7-11-2026, 21:01 | Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
    7-11-2026, 21:00 | "Zirə" son dəqiqələrdə qələbə qolunu vurdu
    7-11-2026, 18:44 | XİN-dən 8 Noyabrla bağlı - Bəyanat
    7-11-2026, 18:42 | Bakının bu bölgəsi su altında qaldı - Video
    7-11-2026, 17:50 | Ağdaşda “Heyva festivalı” keçirildi - Video
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.