III MDB Oyunları: Azərbaycan voleybolçuları qələbə qazanıblar
Azərbaycanın 17 yaşadək oğlanlardan ibarət voleybol millisi III MDB Oyunlarına qalibiyyətlə başlayıb. "Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, Gəncə İdman Sarayında Qırğızıstanla qarşılaşan yığma 3:0 hesablı qələbəyə sevinib. Günün ilk görüşündə Rusiya seçməsi Özbəkistanı 3:1 hesabı ilə üstələyib. Qeyd edək ki, ötən gün Azərbaycanın qızlardan ibarət U-15 kollektivi Tacikistanı 3:0 hesabı ilə məğlub etmişdi.
Oxunub: 57
Xəbəri paylaş
Paylaş: