"Turan Tovuz" "Kəpəz"i darmadağın etdi
Misli Premyer Liqasının VI turunda "Turan Tovuz" "Kəpəz"ə qalib gəlib. Mediaxeberleri.Az xəbər verir ki, "Azərsun Arena"da keçirilən matç birincilərin 3:0 hesablı qələbəsi ilə bitib. Qolları Aleks Souza (32) Joarlem Santos (36) və Filip Ozobiç (46) vurublar. "Turan Tovuz" xallarının sayını 12-yə çatdırıb. Gəncə klubu isə xalsızdır. Qeyd edək ki, turun əvvəlki oyunlarında "İmişli" "Zirə" (1:1) ilə, "Şamaxı" "Araz-Naxçıvan"la (1:1), "Neftçi" isə "Karvan-Yevlax"la (0:0) heç-heçə edib. "Qarabağ" "Qəbələ"ni 2:0 hesabı ilə üstələyib. 28 sentyabr 19:00. "Sabah" – "Sumqayıt" - 0:0 (Birinci hissə) Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev. VAR: Nicat İsmayıllı. AVAR: Pərvin Talıbov. "Bank Respublika Arena" 16:30. "Turan Tovuz" – "Kəpəz" - 3:0 Qollar: Aleks Souza, 32; Joarlem Santos, 35; Filip Ozobiç, 46 Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli. VAR: Kamal Umudlu. AVAR: Kamran Əliyev. "Azersun Arena" 26 sentyabr "İmişli" - "Zirə" - 1:1 "Qarabağ" - "Qəbələ" - 2:0 27 sentyabr "Neftçi" - "Karvan" - 0:0 "Şamaxı" - "Araz-Naxçıvan" - 1:1 Bombardirlər: Toral Bayramov ("Qarabağ") - 3 qol Martins Juniyor ("Zirə") - 3 qol Olabe Roberto ("Turan Tovuz") - 2 qol Coy-Lens Mikels ("Sabah") - 2 qol Ceyhun Nuriyev ("Zirə") - 2 qol İssa Cibrila ("Zirə") - 2 qol Ba-Muaka Simakala ("Araz-Naxıvan) - 2 qol