III MDB Oyunlarında ikinci gün: Stolüstü tennisdə finallar, futbol üzrə Azərbaycan millisinin ilk oyunu
Bu gün Qəbələ Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində stolüstü tennis yarışlarında final qarşılaşmaları baş tutacaq. Mediaxeberleri.Az yarışın mətbuat xidmətinin məlumatına istinadla bildirir ki, ötən gün həm kişi, həm də qadın komandaları arasında finalçılar müəyyənləşib. Yarımfinal görüşlərinin nəticələrinə əsasən, hər iki kateqoriyada Azərbaycan və Rusiya yığmaları finala vəsiqə qazanıblar. 27 sentyabr, 10:00 Stolüstü tennis (kişilər), final: Azərbaycan - Rusiya; Stolüstü tennis (qadınlar), final: Azərbaycan - Rusiya. Bundan başqa, bu gün stolüstü tennisdə fərdi yarışlar başlayır. Maraqla gözlənilən digər idman növü - futbolda ilk oyunlar da bu gün başlayacaq. Qəbələ şəhər stadionunda A qrupunda yer alan Azərbaycan və Tacikistan və B qrupunda qərarlaşan Belarus və Rusiya yığmaları qarşılaşacaqlar. 27 sentyabr, 12:00 A qrupu Tacikistan - Azərbaycan 14:00 B qrupu Belarus - Rusiya.