Mediaxeberleri.az
    
  • Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
    Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
  • 
  • Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
    Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
  • 
  • Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
    Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
  • 
  • Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
    Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
  • 
  • "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
    "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
  • 
  • Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
    Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
  • 
  • 300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
    300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
  • 
  • “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
    “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
  • 
  • Qızı Yaşar Nurini belə yad etdi - Foto
    Qızı Yaşar Nurini belə yad etdi - Foto
  • 
  • Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
    Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
  • 
  • Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
    Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
  • 
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
  • 
  • “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
    “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
  • 
  • UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
    UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
  • 
  • Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
    Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
  • 
  • Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
    Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
  • 
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
    Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
  • 
  • İcra başçısı vətəndaşların müraciəti ilə yerində tanış olub - FOTOLAR
    İcra başçısı vətəndaşların müraciəti ilə yerində tanış olub - FOTOLAR
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”

Son xəbərlər :
  • İspaniya - Xorvatiya matçında beş qol vuruldu
  • Uşağı dövlət bağçasına qəbul etdilər, sonra valideyndən pul istədilər - İDDİA
  • Çindən dronlarla bağlı DÜNYA REKORDU
  • Kürdəmirdə BƏDBƏXT HADİSƏ: Çobanı ildırım vurdu - VİDEO
  • Sadıqovla bağlı şok: 44 günlük müharibənin əvvəlində…
  • Azərbaycanın Rusiyaya birləşdirilməsinə etiraz edən iki məşhur alimə necə cəza verilib? –TARİX (1969-cu İLİN SƏNƏDLƏRİ)
  • EYNİ MƏHSULLAR, İKİ ÖLKƏ, FƏRQLİ QİYMƏTLƏR... – Polşada, yoxsa Azərbaycanda yaşamaq daha bahadır? + FOTOLAR
  • Azərbaycanda 2.6 milyon manatlıq gəlir üstündə QARDAŞ DAVASI: Sahibkarlar əlbəyaxa oldular
  • İki BÜRCÜN həyatında yeni mərhələ başlayır
  • Kartof və pomidor xərçəng yaradır?
  • Biləsuvarda kütləvi zəhərlənmə...
  • Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfər xəstəxanalıq oldu, uşaqlar da var
  • Qazaxın azad edilən kəndlərində yeni mərhələ: Söküntü işlərinə başlanılır
  • Ağstafada “Şəhərsalma və Memarlıq İli” çərçivəsində atletika üzrə rayon turniri keçirilib
  • Şagirdinin anasından 65 min alıb qaytarmadı: HƏBS EDİLDİ
  • Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək
  • Ağstafada “Şəhərsalma və Memarlıq ili” çərçivəsində intellektual yarış keçirilib
  • Yeni icra başçısı kollektivə təqdim olundu - FOTO
  • Qazaxda icra başçısı Vətən müharibəsi şəhidi kapitan İmamverdi İsmayılovun ildönümündə əziz xatirəsini ehtiramla yad edib
  • Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Azərbaycan Prezidenti İlham Əliyev ötən gün Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış etdi.

  • Tarix: 26-09-2025, 19:48

Azərbaycan Prezidenti İlham Əliyev ötən gün Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış etdi. Dünyanın ən mötəbər və mühüm platformasından edilən çıxış bir çox baxımdan diqqət çəkir.
Ölkə başçısı çıxışında Ermənistanla münaqişənin tarixinə, ölkəmizin, xalqımızın üzləşdiyi çətinliklərə işıq tutub. Prezidentin vurğuladığı kimi, Azərbaycan ərazisinin 20 faizi 30 ilə yaxın Ermənistan işğalında qalmışdı. Bu, ərazi itkisindən çox, milyonlarla insanın doğma yurdlarından didərgin salınması, insan hüquqlarının kobud şəkildə pozulması deməkdir. Bu faciəli dövrün beynəlxalq hüquq çərçivəsində tanınması və dəfələrlə BMT Təhlükəsizlik Şurasının qətnamələrində yer alması, əslində beynəlxalq hüququn gücünü və onun icrasının vacibliyini bir daha göstərir. Lakin təəssüf ki, bu qətnamələr yerinə yetirilmədi, Ermənistan beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymayıb. Bu, beynəlxalq təşkilatların bəzən siyasi maraqlara görə hüququn aliliyini tam şəkildə təmin edə bilməməsinin tragik tərəfidir.
Prezidentin bu məsələdə xüsusilə ATƏT-in Minsk Qrupunun rolunu qeyd etməsi mühüm mesaj idi. Ölkə başçısı qeyd edib ki, Minsk Qrupu uzun illər münaqişənin həllində vasitəçi olsa da, səmərəli nəticələr vermədi. Status-kvoya üstünlük vermək, münaqişəni dondurmaq istəyi bu prosesin tənəzzülünə gətirib çıxardı, nəticədə uzunmüddətli gərginlik və qeyri-müəyyənlik yarandı. Bu, çox mühüm detaldır. Çünki hazırda ölkələrin əsas güvənib etibar etdiyi beynəlxalq təşkilatlar və hüquqdur. Lakin beynəlxalq hüquq bəzən bərpaedici deyil, qoruyucu, hətta tənəzzülə səbəb olan bir prosesə çevrilə bilir. Hesab edirəm, Prezidentin dedikləri həm də bir çağırışdır. Azərbaycanın üzləşdiyi problemlərlə digər dövlətlərin də üzləşməməsi üçün ciddi islahatlara ehtiyac var.
Üç müharibədə bacarmadılar, yalnız Azərbaycan Ordusu…
Prezidentin çıxışında yer verdiyi digər mövzu da Azərbaycanın əldə etdiyi tarixi qələbədir. Məlum olduğu kimi, 2020-ci ilin noyabrına qədər davam edən işğal 44 günlük müharibə ilə sona çatdı. Bu müharibə Prezidentin də dediyi kimi, Azərbaycanın özünümüdafiə hüququ çərçivəsində beynəlxalq hüquqa uyğun şəkildə apardığı işğala son qoymaq üçün məcburi addım idi. Burada önəmli məqam Azərbaycan Ordusunun mülki əhalinin qorunmasına xüsusi diqqət yetirməsidir. Müharibə zamanı mülki infrastrukturun hədəfə alınmaması, humanitar hüququn prinsiplərinə riayət edilməsi Azərbaycanın beynəlxalq arenada hüquqi və etik mövqeyini gücləndirdi. Müqayisə üçün deyim ki, biz bu həssaslığı nə Hindistan-Pakistan gərginliyində, nə İran-İsrail, nə də Qəzzada gedən müharibədə görə bilirik. Əksinə mülki şəxslərin həyatını itirməsi hazırda münaqişələrin başlıca xarakterik xüsusiyyəti halını alıb.
Ermənistanın Azərbaycanın şəhər və kəndlərinə atdığı raketlər və kasetli bombalar müharibənin qəddar tərəfini göstərir və bu, münaqişənin təkcə hərbi, humanitar faciəyə də çevrildiyini təsdiqləyir. Bu baxımdan Azərbaycan Ordusunun qələbəsi ərazi bütövlüyünün bərpası ilə yanaşı, beynəlxalq hüququn təminatçısıdır.
Beş prinsip əsasında sülh müqaviləsi
Prezidentin Ermənistanla sülh prosesi haqda dedikləri də xüsusi diqqət çəkir. Azərbaycan qələbədən sonra ərazilərin bütövlüyünün tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmaq niyyətini bildirdi. Beş təməl prinsip əsasında irəli sürülən sülh müqaviləsi layihəsi, danışıqların ikitərəfli əsasda aparılması və ABŞ-ın vasitəçiliyi ilə əldə olunan razılaşmalar, münaqişənin sülh yolu ilə həllinə imkan yaratdı. Aydın məsələdir ki, Ağ Evdə, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə sülh müqaviləsinin paraflanması və Birgə Bəyanatın imzalanması regionda sabitliyin təminatı üçün böyük əhəmiyyət kəsb edir. Tərəflər hazırda sülhə çox yaxındır və bunu ölkə başçısı da ali kürsüdən çıxışında bildirdi.
Regional bağlantılar və nəqliyyat dəhlizləri məsələsi isə sülhün iqtisadi və sosial əsaslarını möhkəmləndirən ən vacib amillərdən biridir. Zəngəzur dəhlizinin maneəsiz açılması və “Tramp Marşrutu” kimi təşəbbüslər, Azərbaycan və Ermənistanın, eləcə də regionun digər ölkələrinin qarşılıqlı əlaqəsini artıraraq uzunmüddətli əməkdaşlıq üçün zəmin yaradır. Bu dəhlizlər təkcə iqtisadi deyil, həm də siyasi və təhlükəsizlik baxımından əhəmiyyətlidir.
Prezident İlham Əliyev ABŞ-la strateji tərəfdaşlıq sahəsində əldə olunmuş nailiyyətlərdən danışarkən, bu əlaqələrin həm regionda sabitlik, həm də qlobal səviyyədə təhlükəsizlik üçün vacib olduğunu qeyd etdi. Strateji İşçi Qrupunun yaradılması, müxtəlif sahələrdə, o cümlədən enerji, müdafiə və regional əməkdaşlıqda tərəfdaşlığın genişlənməsi perspektivləri açır.
907-ci düzəliş
Xüsusilə 907-ci düzəlişin icrasının dayandırılması Azərbaycanın ABŞ-la münasibətlərində etimadın və əməkdaşlığın möhkəmlənməsi üçün mühüm addımdır. Bu addım həm də Azərbaycanın qlobal təhlükəsizliyə verdiyi töhfənin beynəlxalq aləmdə daha yaxşı qiymətləndirilməsi kimi başa düşülə bilər.
Prezidentin çıxışının ən spesifik hissəsi isə iqlim dəyişikliyi, yaşıl keçid və maliyyəyə ədalətli çıxış oldu. Bu məsələlərdə Azərbaycan öncül mövqeyə sahibdir. COP29 sammitinə ev sahibliyi etmək, Bakı Maliyyə Hədəfi kimi tanınan Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) qəbulunda fəal iştirak göstərmək, Azərbaycanı qlobal iqlim siyasətində etibarlı tərəfdaş kimi təqdim edir. Bu hədəflər inkişaf etməkdə olan ölkələrin iqlim maliyyələşdirilməsinə daha çox resurs ayrılmasını nəzərdə tutur və beynəlxalq ədalətin təmin olunması üçün vacibdir.
Xəzər regionu…
Eyni zamanda, Azərbaycan karbon bazarlarının hüquqi çərçivəsinin yaradılması və İtki və Zərərlərə Cavab Fondunun fəaliyyətə başlaması kimi mühüm addımlarla iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə töhfə verir.
Prezident İlham Əliyev qeyd etdi ki, enerji təhlükəsizliyi, sülh və regional əlaqələr bir-birini tamamlayan məsələlərdir. Azərbaycan Xəzər regionunda zəngin enerji resurslarına malik olmaqla yanaşı, bu ehtiyatların beynəlxalq bazarlara çatdırılmasında strateji rol oynayır.
Müəllif: Politoloq Turan Rzayev

Oxunub: 284
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 08:40 | İspaniya - Xorvatiya matçında beş qol vuruldu
    Bu gün, 08:18 | Uşağı dövlət bağçasına qəbul etdilər, sonra valideyndən pul istədilər - İDDİA
    Bu gün, 08:13 | Çindən dronlarla bağlı DÜNYA REKORDU
    Bu gün, 08:05 | Kürdəmirdə BƏDBƏXT HADİSƏ: Çobanı ildırım vurdu - VİDEO
    Bu gün, 08:02 | Sadıqovla bağlı şok: 44 günlük müharibənin əvvəlində…
    Bu gün, 07:58 | Azərbaycanın Rusiyaya birləşdirilməsinə etiraz edən iki məşhur alimə necə cəza verilib? –TARİX (1969-cu İLİN SƏNƏDLƏRİ)
    Bu gün, 07:53 | EYNİ MƏHSULLAR, İKİ ÖLKƏ, FƏRQLİ QİYMƏTLƏR... – Polşada, yoxsa Azərbaycanda yaşamaq daha bahadır? + FOTOLAR
    Bu gün, 07:50 | Azərbaycanda 2.6 milyon manatlıq gəlir üstündə QARDAŞ DAVASI: Sahibkarlar əlbəyaxa oldular
    Bu gün, 07:11 | İki BÜRCÜN həyatında yeni mərhələ başlayır
    Bu gün, 07:09 | Kartof və pomidor xərçəng yaradır?
    Bu gün, 07:07 | Biləsuvarda kütləvi zəhərlənmə...
    Bu gün, 07:01 | Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfər xəstəxanalıq oldu, uşaqlar da var
    Dünən, 19:41 | Qazaxın azad edilən kəndlərində yeni mərhələ: Söküntü işlərinə başlanılır
    Dünən, 19:27 | Ağstafada “Şəhərsalma və Memarlıq İli” çərçivəsində atletika üzrə rayon turniri keçirilib
    Dünən, 19:22 | Şagirdinin anasından 65 min alıb qaytarmadı: HƏBS EDİLDİ
    Dünən, 18:41 | Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək
    Dünən, 18:26 | Ağstafada “Şəhərsalma və Memarlıq ili” çərçivəsində intellektual yarış keçirilib
    Dünən, 18:13 | Yeni icra başçısı kollektivə təqdim olundu - FOTO
    Dünən, 18:01 | Qazaxda icra başçısı Vətən müharibəsi şəhidi kapitan İmamverdi İsmayılovun ildönümündə əziz xatirəsini ehtiramla yad edib
    Dünən, 17:09 | Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto
    Dünən, 17:06 | AZAL sərnişinlərə xüsusi təkliflər təqdim edir
    Dünən, 14:31 | Minlərlə tələbə, uzun növbələr - “Elmlər Akademiyası”nda avtobusların sayı ARTIRILACAQ?
    Dünən, 14:30 | Rusiyadan Azərbaycana 1 milyon rubldan artıq nağd pulun çıxarılması qadağan edildi
    Dünən, 13:57 | "UĞUR 777" estetik mərkəzindəki qanunsuzluqlar: Zərərçəkən şok detalları açıqladı
    Dünən, 13:56 | Leysan yağır, şimşək çaxır - Hava məlumatı
    Dünən, 13:47 | Hacı Şahinin nəvəsi dünyaya gəlib
    Dünən, 13:22 | 200 milyondan çox insan evsiz qala bilər - XƏBƏRDARLIQ
    Dünən, 13:21 | Bu universitetlər Bakıdan kənara köçürülə bilər – Ərazilər açıqlandı
    Dünən, 13:19 | Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək
    Dünən, 09:49 | Azərbaycanda leysan yağır - FAKTİKİ HAVA
    Dünən, 08:03 | UEFA Millətlər Liqasında günün əsas oyunları
    Dünən, 07:53 | “Tezliklə benzin qiymətləri düşəcək”
    Dünən, 07:52 | Yer kürəsində başqa bir nüvə: Elm adamlarını çaşdıran 5 sirr
    Dünən, 00:38 | Türkiyə İtaliyaya böyük hesabla məğlub oldu
    28-09-2026, 22:15 | Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ
    28-09-2026, 22:10 | Akif Aşırlıya AĞIR İTKİ
    28-09-2026, 21:28 | “Ağstafa Gəncləri” - dən vacib qələbə
    28-09-2026, 21:08 | Dəniz Əsədovanın Afət Fərmanqızına qarşı iddiası təmin olunmadı
    28-09-2026, 21:04 | "TikTok"da canlı yayım ona baha başa gəldi: Zakir Musayev saxlanıldı
    28-09-2026, 19:09 | Prezidentin başçı təyin etdiyi Babayev kimdir?
    28-09-2026, 18:31 | Qaradağ rayonuna yeni icra başçısı təyin edildi
    28-09-2026, 18:29 | Prezident 3 rayona icra başçısı təyin etdi
    28-09-2026, 17:42 | Əvəz Zeynallının dəfn olunacağı yer müəyyənləşdi
    28-09-2026, 17:41 | Gələn il minimum əməkhaqqı 460 manat ola bilər - TƏHLİL
    28-09-2026, 17:39 | Hindistanda daşqınlarda ölənlərin sayı 81 nəfərə çatdı
    28-09-2026, 17:38 | 13 yaşlı oğlan faciəvi şəkildə öldü
    28-09-2026, 17:31 | Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olundu
    28-09-2026, 16:22 | Ailəsi Əvəz Zeynallının II Fəxri Xiyabanda dəfn olunmasını istəyir
    28-09-2026, 16:20 | "Tənək dolması yemək olmaz, QATIQLA YEMƏK İSƏ CİNAYƏTDİR" - Həkimdən ÇAĞIRIŞ
    28-09-2026, 15:38 | İcra başçısı Vətən müharibəsi şəhidi gizir Sərxan Abdullayevin ildönümündə əziz xatirəsini ehtiramla yad edib
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.