Ağdamda dəhşətli qəza: 4 hərbçi həlak oldu
Ağdamda baş verən qəza zamanı 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Mediaxeberleri.Az Teleqraf-a istinadla xəbər verir ki, qəza hadisəsi rayonun Çuxurməhlə kəndi ərazisində baş verib. Hərəkətdə olan “Hunday” markalı avtomobil qarşıdan gələn VAZ-2106 markalı avtomobillə toqquşub. Nəticədə avtomobillərdə olanlardan 4 nəfər - leytenant Faiq Xanqulu oğlu Mehtiyev, çavuş Saday Yaqub oğlu Qəhrəmanov, çavuş Ruslan Ramil oğlu Novruzov və İsmayıl Abdulla oğlu Abbasov həlak olub. “Hunday” markalı avtomobilin sürücüsü Sadiq Rafael oğlu Cəfərov isə xərasət alıb. FHN-in Qarabağ Regional Mərkəzinin xilasediciləri cəlb edilərək avtomobillərdə sıxılı vəziyyətdə qalan meyitləri çıxararaq aidiyyəti üzrə təhvil verib. TƏBİB-in yaydığı məlumatda isə bildirilib ki, xəsarətlər alan Sadiq Cəfərovun vəziyyəti qənaətbəxşdir, müalicəsi Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsində davam etdirilir.





















