Rusiyada 17 futbolçu zəhərləndi
Rusiya Media Liqasının “Broke Boys” klubunun 17 futbolçusu zəhərlənib. Mediaxeberleri.Az Unikal-a istinadla xəbər verir ki, bu barədə klubun prezidenti Dmitri Eqorov açıqlayıb. Hadisə “Leon Saturn”la Rusiya kubokunun Regionlar Yolunun III tur matçı öncəsi baş verib: "Dünən axşam saatlarında zəhərlənənlərin sayı 17 nəfərə çatdı. İshal və qusma qızdırma ilə əvəz olundu. Mənim qızdırmam da qalxdı. Lakin səhərə yaxın uşaqlar sakitləşməyə başladılar, qızdırma getməyə başladı", - o bildirib. Eqorov əlavə edib ki, hələ ki, matçın oynanılıb-oynamayacağı barədə məlumat yoxdur.
Oxunub: 70
Xəbəri paylaş
Paylaş: