Mütvəli Şıxlinskinin həbs müddəti uzadıldı
Rusiyada hökumət nümayəndəsinə qarşı zorakılıq işi üzrə həbs edilən Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbərinin oğlu Mütvəli Şıxlinskinin həbs qətimkan tədbirinin müddəti uzadılıb. Mediaxeberleri.Az-ın xəbərinə görə, bu barədə vilayət məhkəmələrinin birləşmiş mətbuat xidməti məlumat yayıb. "Yekaterinburqun Verx-İsetski Rayon Məhkəməsi müstəntiqin Mütvəli Şahin oğlu Şıxlinskinin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə vəsatətini təmin edib. İbtidai istintaq orqanları onu Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə ittiham edir. Qabaqlayıcı tədbirin müddəti 2025-ci il dekabrın 14-dək uzadılıb", - deyə məlumatda bildirilib.
Oxunub: 62
Xəbəri paylaş
Paylaş: