Qızıl mədəni çökdü: ölənlər var
Sudanın Berber şəhərinin qərbində qızıl mədəni uçub. Mediaxeberleri.Az "Əl Ərəbiyə"yə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. Hadisə nəticəsində 6 nəfər həlak olub, 20 nəfərə yaxın insanın isə dağıntılar altında qalması ehtimal olunur. Dağıntılar altında qalanların xilas edilməsi istiqamətində işlər davam etdirilir. Hadisənin səbəbləri bəlli deyil.
Oxunub: 66
Xəbəri paylaş
Paylaş: