İcra başçısının birinci müavini vəzifəsindən azad edildi
Ağdam Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsindən ayrılıb. Mediaxeberleri.Az Banker.az-a istinadən xəbər verir ki, RİH başçısı Vaqif Həsənovun əmri ilə Allahverən İdris oğlu Əliyev vəzifəsindən azad edilib. A.Əliyev 15 iyul 1955-ci ildə Ağdam rayonu Çəmənli kəndində anadan olub. 1978-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda ali təhsil alıb. Baytar həkimdir. O, 1996-cı ildən YAP üzvü idi. Onun yeri hazırda vakantdır. RİH başçısının digər müavini isə Xəqani Salman oğlu Nəzərovdur. Qeyd edək ki, V.Həsənov Prezidentin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Oxunub: 70
Xəbəri paylaş
Paylaş: