Pomidor yeyən xəstəlikləri unudur - Faydaları saymaqla bitmir
Möhtəşəm dadı və parlaq qırmızı rəngi ilə süfrələrin bəzəyi olan pomidor, sağlamlıq üçün də güclü antioksidandır.
Mediaxeberleri.Az pomidorun faydalarını təqdim edir:
Xərçəng riskini azaldır: Likopen sayəsində hüceyrə zədələnməsinin qarşısını alır, prostat və mədə xərçənginə qarşı qoruyur.
Ürək sağlamlığını dəstəkləyir: Kalium, C vitamini və lif ilə təzyiqi tənzimləyir, ürək krizi riskini azaldır.
Gözləri qoruyur: A vitamini və lutein gecə korluğunu önləyir, katarakt riskini azaldır.
Arıqlamada kömək edir: Aşağı kalorili və lifli olduğu üçün həzm sistemini gücləndirir, çəki itkisində təsirlidir.
Sümükləri möhkəmləndirir: Kalsium və K vitamini ilə osteoporoz riskini azaldır.
Pomidor həm dadı, həm də sağlamlığa faydaları ilə yay mövsümündə ən çox seçilən tərəvəzlərdən biridir.