Putin bu ölkələrdən yardım almaq üçün yalvarır - Britaniya
Ukraynaya qarşı apardığı müharibə fonunda Vladimir Putinin mövqeyi ciddi şəkildə zəifləyir. Mediaxeberleri.Az xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Con Hili Kiyevdə keçirilən mətbuat konfransında qeyd edib. Nazir bildirib ki, Kreml artıq bir milyondan çox hərbçisini itirib, 10 mindən çox tank və zirehli texnika sıradan çıxarılıb, Rusiyanın Qara dəniz donanması isə donanması olmayan bir ölkə tərəfindən alçaldılıb. Hili deyib ki, Şimali Koreyanın əsgər, Çinin isə texnologiya sahəsində vacib komponentlər göndərməsi Putinin digər ölkələrə yardım üçün yalvardığını sübut edir. “Putin həmişə güc nümayiş etdirməyə çalışır, amma o, indi heç vaxt olmadığı qədər zəifdir”, – deyə britaniyalı nazir vurğulayıb.
Oxunub: 55
Xəbəri paylaş
Paylaş: