Rusiyada güclü zəlzələ: Ölkəmizdə də hiss edildi
Dağıstanda 5,3 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ ocağı yerin 66 kilometr dərinliyində yerləşib. Medıaxeberlerı.Az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatında deyilir. Zəlzələlərin tədqiqatı bürosunun da məlumatına əsasən, yeraltı təkan ölkə ərazisində 3-4 bala qədər hiss olunub. Qeyd edək ki, zəlzələ Azərbaycanın bir sıra şəhər və rayonlarında o cümlədən Quba, Xınalıq, Qusar, Bakı və Sumqayıt və s. şəhərlərində hiss olunub.
Oxunub: 254
Xəbəri paylaş
Paylaş: