Zelenski Azərbaycana təşəkkür etdi
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinə göstərilən dəstəyə görə Azərbaycana minnətdarlığını bildirib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Ukrayna lideri "X" sosial şəbəkəsində paylaşım edib. O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Müstəqillik Günü münasibətilə təbriklərini, eləcə də Ukraynaya və Ukrayna xalqına olan ehtiramını yüksək qiymətləndirir. "Hörmətli Prezident, Ukrayna və Azərbaycan hər zaman bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyiblər. Biz humanitar və digər yardımlara görə dost Azərbaycana səmimi minnətdarıq. Xalqlarımızın rifahı naminə strateji tərəfdaşlığımızı daha da gücləndirməyi səbirsizliklə gözləyirik", - Zelenski vurğulayıb.
Oxunub: 69
Xəbəri paylaş
Paylaş: