Kürdəmirdə minik maşını aşıb, ölən var
Kürdəmirdə ölümlə nəticələnən ağır qəza baş verib. Mediaxeberleri.Az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Mersedec" markalı minik maşını idarəetmədən çıxaraq aşaraq yol kənarındakı işıq dirəyinə və trasformatora çırpılıb. Nəticədə bir nəfər ölüb. Onun kimliyi dəqiqləşdirilir. Fakt araşdırılır.
Oxunub: 84
Xəbəri paylaş
Paylaş: