Fransada ən böyük AES-in fəaliyyəti meduzalara görə dayandı
Fransanın şimalında yerləşən ölkənin ən böyük atom elektrik stansiyası olan Qravlin AES-in dörd enerji blokunun işi dayandırılıb. Buna nasos stansiyalarının filtrlərinə meduzaların daxil olması səbəb olub. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə EDF əməliyyat şirkətinin saytında dərc olunmuş press-relizdə deyilir. AES-in fəaliyyətinin bərpası ilə bağlı hələlik məlumat olmadığı bildirilir. Qeyd olunur ki, hadisə AES-in və onun personalının təhlükəsizliyinə təsir göstərməyib. Texniki xidmətlər diaqnostika və enerji bloklarının fəaliyyətini bərpa etmək üçün işləri davam etdirir.
Oxunub: 166
Xəbəri paylaş
Paylaş: