Rusiya SOCAR-ın bazasını vurdu: yaralılar var
Rusiya Odessa vilayətində SOCAR-a məxsus neft bazasına zərbə endirib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə “RKB”-yə mənbələr məlumat verib. Məlumata görə, Rusiya 5 “Şahid” dronu ilə bazay zərbə endirib. Hücum nəticəsində yanğın baş verib və dizel borusu zədələnib. Şirkətin dörd əməkdaşı xəsarət alıb, onların hamısı ağır yaralanıb və xəstəxanaya yerləşdirilib. Yanğın qısa müddətdə lokallaşdırılıb, bərpa işləri aparılır. Ukrayna hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, zərbələr hədəfə yönəlik olub — hücumun məqsədində şübhə yoxdur. Qeyd edək ki, bu, son həftələrdə SOCAR-a bağlı obyektlərə edilən ikinci zərbədir: daha əvvəl “Orlovka” yaxınlığında Azərbaycan qazının ötürülməli olduğu qazpaylayıcı stansiya zədələnmişdi.
Oxunub: 193
Xəbəri paylaş
Paylaş: