ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər
ABŞ-nin Rusiyaya qarşı ikinci dərəcəli sanksiyaları avqustun 8-i cümə günü tətbiq edəcəyi gözlənilir. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə "Reuters" Ağ Ev rəsmisinə istinadən məlumat yayıb. Qeyd edək ki, avqustun 6-da Rusiya Prezidenti Vladimir Putin Kremldə ABŞ-nin xüsusi nümayəndəsi Stiven Uitkofla görüşüb. Üç saata yaxın davam edən danışıqlarda Ukrayna münaqişəsinin sülh yolu ilə həlli, Rusiya ilə ABŞ arasında ikitərəfli münasibətlərə toxunulub. Bildirilir ki, Uitkofun səfərinin real nəticəsiz olduğu təqdirdə Rusiya və onun tərəfdaşlarına 100 faizlik gömrük rüsumları tətbiq edilə bilər.
Oxunub: 210
Xəbəri paylaş
Paylaş: