Yayda sağlam qalmaq üçün qidalanmada bu 7 dəyişikliyi edin
Yay aylarında artan temperatur və rütubət, bədənimizin uyğunlaşmasını çətinləşdirə bilər. Mütəxəssislər bildirir ki, orqanizmin sağlamlığını qorumaq üçün bəzi qidalanma dəyişiklikləri vacibdir.
Mediaxeberleri.Az yayda tətbiq edilməli olan 7 əsas qidalanma vərdişini təqdim edir:
Bol su için: Tərləmə ilə itirilən suyu bərpa etmək üçün gündə 2,2 – 3 litr su içmək tövsiyə olunur. Suyun dadını dəyişmək üçün içinə limon, nanə və ya meyvə əlavə edə bilərsiniz.
Yağlı və qızardılmış yeməklərdən uzaq olun: Bu cür qidalar yayda həzm və ürək-damar problemlərinə səbəb ola bilər. Onun əvəzinə buğulama, sobada və ya izqarada bişirilmiş yeməklərə üstünlük verin.
Mövsüm meyvə-tərəvəzlərinə yer verin: Pomidor, salat, çiyələk, üzüm və digər su tərkibli meyvə-tərəvəzlər həm orqanizmi gücləndirir, həm də maye balansını qoruyur.
Qazlı içkiləri azaldın: Şəkərli içkilər əvəzinə mineral su, ayran, limonlu bitki çayları kimi təbii içkilər seçin.
Süd və ət məhsullarında diqqətli olun: Yayda tez xarab olan bu məhsulları düzgün saxlayıb bişirdiyinizdən əmin olun, əks halda zəhərlənmə riski artır.
Şirin və xəmir xörəklərini azaldın: Bu cür qidalar qan şəkərində problemə səbəb ola bilər. Daha sağlam seçimlər kimi bulqur, kəpəkli makaron və az porsiyalı dondurmaları sınayın.
Porsiyalara və yemək saatlarına nəzarət edin: Yayda axşam yeməklərini gec saatlara saxlamayın, ara yeməklərlə birlikdə gün ərzində balanslı qidalanmağa çalışın.
Qeyd: İmmuniteti gücləndirmək və enerji səviyyəsini qorumaq üçün həkim məsləhəti ilə əlavə qida dəstəklərindən də istifadə etmək olar. Bu dəyişikliklər yay boyu enerjili və sağlam qalmağa kömək edəcək.