Ukrayna ordusu mühasirəyə düşüb? - Baş Qərargah
Müdafiə Qüvvələrinin bölmələrinin mühasirəyə alınması ilə bağlı xəbərlər dorğu deyil. Mediaxeberleri.Az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Pokrovskda ordunun mühasirəyə düşməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən bildirib. Rəsmi bəyanatda Ukrayna qoşunlarının Pokrovsk-Mirnoqrad aqlomerasiyası ətrafında rus işğalçılarını saxlamağa davam etdiyi və komandanlığın bu istiqamətdə müdafiənin sabitliyini gücləndirmək üçün tədbirlər gördüyü bildirilir: “Düşmən hazırda Pokrovskdan şimal-şərqdə hücum əməliyyatları aparır, Ukrayna qoşunlarının maddi-texniki təchizatını kəsməyə çalışır. Lakin əhəmiyyətli səylərə və davamlı hücumlara baxmayaraq, düşmən uğur qazana bilmir. Rus əsgərləri Pokrovsk ətrafında yalnız öz ölümlərini görürlər”.