Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin kollegiyasının tərkibi təsdiqlənib
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin kollegiyasının tərkibi təsdiqlənib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, kollegiya üzvlərinin sayı 14 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib: - Kollegiyanın sədri - Agentliyin sədri - Kollegiyanın üzvləri - Agentlik sədrinin I müavini - Agentlik sədrinin müavinləri - Agentliyin aparat rəhbəri - Agentliyin Maliyyə və təminat şöbəsinin müdiri - Agentliyin Hüquq və insan resursları şöbəsinin müdiri - Agentlik yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi - Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri - İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədri - Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri - Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin İdarə Heyətinin sədri - Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutunun İdarə Heyətinin sədri.