Nəriman Həsənzadə: "Elçin Əfəndiyev gözəl insan idi"
"Elçin Əfəndiyev həm dövlətçilik tariximizdə, həm də ədəbiyyat sahəsində və dramaturgiyada hörmət qazanmışdı". Bu sözləri Xalq şairi Nəriman Həsənzadə yazıçı Elçin Əfəndiyevlə keçirilən vida mərasimi zamanı Oxu.Az-a açıqlamasında deyib. "Mən deyilənlərə bir əlavə də etmək istəyirəm ki, Elçin gözəl insan idi. O, dünyasını dəyişdi, lakin xalqın, dövlətin və millətin xatirəsində unudulmaz bir şəxsiyyət kimi əbədi yaşayacaq", - N.Həsənzadə vurğulayıb. Qeyd edək ki, yazıçı Elçin Əfəndiyev avqustun 3-də 82 yaşında vəfat edib.
Oxunub: 192
Xəbəri paylaş
Paylaş: