Putin hələ də ciddi danışıqlara hazır deyil - Böyük Britaniyanın xarici işlər naziri
Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Rusiya Prezidenti Vladimir Putinin bu günə qədər Ukrayna ilə bağlı sülh danışıqlarına ciddi yanaşmadığını bildirib. APA xəbər verir ki, Lemmi bu fikri “The Guardian“ qəzetinə verdiyi müsahibəsində deyib. “Putin hələ də ciddi danışıqlara hazır deyil. Onun maksimalist və imperialist ambisiyaları davam edir. Ukraynanın Britaniya, Avropa və ABŞ-ın dəstəyi ilə apardığı mübarizə son dərəcə ağırdır”, – deyə diplomat vurğulayıb.
Oxunub: 71
Xəbəri paylaş
Paylaş: