Rusiya ordusu Kiyevi vurdu: ölü və yaralıların sayı artdı - Video
Rusiya ordusu gecə saatlarında Kiyevə raket və PUA zərbələri endirib. Mediaxeberleri.Az xəbər verir ki, bunu Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko deyib. Onun sözlərinə görə, zərbələr nəticəsində 6 nəfər ölüb, 50-dən çox sakin yaralanıb. Qeyd edək ki, ən çox Svyatoşinsk və Solomensk rayonları zərər çəkib. *** Rusiyanın Ukraynanın paytaxtı Kiyevə hava zərbələri nəticəsində həlak olanların sayı artıb. Bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat yayıb. O bildirib ki, hücum nəticəsində 124 nəfərin yaralanıb, 8 nəfər isə həlak olub: “Ölənlərdən 1-i, yaralananlardan isə 10-u uşaqdır. Yaralılara lazımi yardım göstərilir. Xilasetmə əməliyyatı davam edir.
Oxunub: 164
Xəbəri paylaş
Paylaş: