Tiflisdə rus bayrağı yandırıldı, idmançılar təhqir olundu - Video
Tiflisdə keçirilən qılıncoynatma üzrə dünya çempionatında iştirak etmək üçün Gürcüstana gələn rusiyalı idmançılar insidentlə üzləşiblər. Mediaxeberleri.Az Musavat.com-a istinadən xəbər verir ki, yerli fəallar idmançıların yerləşdiyi hotelin qarşısında təxribat törədiblər. Onlar fişənglər yandıraraq səs-küy salıblar, rusiyalı idmançıları təhqir ediblər və üzərində "Bu gün atəşfəşanlıqdır, sabah isə Qradlar olacaq" yazılmış plakat açıblar. Digər bir fəal qrupu isə Rusiya bayrağını yandıraraq tapdalayıb. Hadisə sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub.
Oxunub: 73
Xəbəri paylaş
Paylaş: