Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü bitib - Bu barədə razılığa gəliblər(Yenilənib)
“Report” xəbər verir ki, bu barədə TASS-dakı mənbə məlumat yayıb. "Əsas nəticə təkcə hərbçilərin deyil, mülki şəxslərin də mübadiləsidir", - agentliyin mənbəsi bildirib. Moskva və Kiyev nümayəndələrinin İstanbuldakı görüşü 40 dəqiqəyə yaxın davam edib. Qeyd olunur ki, üçüncü turun davamı olmayacaq. Rusiya və Ukrayna arasında danışıqların dördüncü raundu ilə bağlı qərar isə yeni razılaşmalar həyata keçirildikdən sonra veriləcək. *** İstanbulun Çırağan sarayında tam tərkibdə birbaşa Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu başlayıb. *** Çırağan sarayında Rusiya və Ukrayna nümayəndə heyətlərinin rəhbərləri Vladimir Medinski ilə Rustem Umerov arasında təkbətək görüş keçirilir. Bu barədə TASS-a mənbə bildirib. Görüş media üçün qapalıdır. *** İstanbulda Rusiya və Ukrayna arasında sülh danışıqlarının üçüncü raundu başlayıb. Bu barədə “Türkiyə” qəzeti məlumat yayıb. Bildirilib ki, Türkiyə xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, Baş Qərargah rəisi, ordu generalı Metin Gürak, Rusiya və Ukrayna nümayəndə heyətləri Ukrayna ilə Rusiya arasında sülh danışıqları üçün İstanbuldakı Çırağan Sarayına gəlib.İstanbulda keçirilən danışıqların üçüncü raundunda Rusiya və Ukrayna arasında təkcə hərbi personalın deyil, mülki şəxslərin də mübadiləsi barədə razılıq əldə olunub.